Mercedes-Benz-lərdə hava yastığına görə - GERİ ÇAĞIRILIR

Mercedes-Benz-lərdə hava yastığına görə - GERİ ÇAĞIRILIR
Avto 17 Oktyabr 2017 09:54 1325
Mercedes-Benz-lərdə hava yastığına görə - GERİ ÇAĞIRILIR

Mercedes-Benz avtomobillərini də istehsal edən Almaniyanın Daimler AG şirkəti, hava yastığını səhvən aça biləcək bir qüsur səbəbindən dünya miqyasında bir milyondan çox avtomobili geri çağıracaq.


 Səyyah.az turizm və avtomobil portalının məlumatına görə "marja" xəbər verir ki, Almaniya Xəbər Agentliyinin (DPA) Daimler AG-nin sözçüsünə istinadən yaydığı xəbərində, Daimler AG-nin, hava yastığını səhvən açacaq sükandakı problemli bir kabelə görə dünya miqyasında bir milyondan çox maşının geri çağırılacağı bildirilib.
Birləşmiş Krallıqda təxminən 400 min, Almaniya daxilində yüz minlərlə maşının geri çağırılacağı qeyd edilən xəbərdə, digər bəzi ölkələrdə də çoxlu sayda avtomobilin bu problemdən əziyyət çəkdiyi üçün geri çağırılacağı qeyd olunub.Xəbərdə sözçünün, "Bir neçə ölkənin rəsmiləri keçən həftə məlumatlandırılıb. Geri çağırma gələcək bir neçə həftə ərzində başlayacaq",- ifadələrinə yer verilib.Həmçinin Alman mətbuatında yer alan bəzi xəbərlərdə isə geri çağırma əməliyyatının Takata hava yastığı qalmaqalı ilə bağlı olmadığı və problemin bir saat içində həll edilə biləcəyi qeyd olunub.

OXŞAR XƏBƏRLƏR