Greencarda yenidən müraciət tarixi bəlli oldu

Greencarda yenidən müraciət tarixi bəlli oldu
Xaricdə iş və miqrasiya 17 Oktyabr 2017 15:46 2078
Greencarda yenidən müraciət tarixi bəlli oldu

2019-cu ilin Greencard üçün qeydiyyat dövrü 18 oktyabr tarixində yenidən başlanacaq və bu günə qədər müraciət edən şəxslər öz elektron ərizələrini yenidən daxil etməli olacaqlar. Turizm.fins.az ABŞ-ın ölkəmizdəki səfirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, greencard 2019 üçün yeni qeydiyyat dövrü 18 oktyabrda başlayıb və 22 noyabrda bitəcək.

Xatırladaq ki, texniki məsələlərə görə Greencard-ın ərizə qəbulundə problemlər yaranmışdı. Məlumat üçün bildirək ki, 2015-ci ilin may ayında greencarda-a müraciət edənlər 2017-ci ildən etibarən ABŞ yola düşürlər. Həmçinin 2017-ci ildə də müraciət edənlər qalib olduqları təqdirdə 2019-cu ildə ABŞ-a köçə biləcəklər.

OXŞAR XƏBƏRLƏR