İsraildə yaşamaq neçəyədir ?- QİYMƏTLƏR

İsraildə yaşamaq neçəyədir ?- QİYMƏTLƏR
Xaricdə iş və miqrasiya 18 Oktyabr 2017 09:37 1381
İsraildə yaşamaq neçəyədir ?- QİYMƏTLƏR

Seyyah.az turizm və miqrasiya portalı İsraildə yaşayış xərclərini təqdim edir. Tel-Aviv böyüklüyünə görə İsraildə ikinci böyük şəhərdir. Həmçinin bu şəhər ölkənin iqtisadi paytaxtı hesab olunur. Hazırda bu şəhərdə daimi 430 min insan yaşayır. Lakin bura Quş-Dana şəhər ətrafı yaşayış məskənlərini də aid etsək o zaman əhali sayı 3.5 milyon təşkil edəcək. Tel-Aviv şəhəri hazırda daim reytinq sıralamalarında yer alır. Lakin reytinq cədvəlləri bu şəhərdə yaşamağın necə bahalı olduğunu göstərir.

Mənzillər

Tel-Avivda orta hesabla 3 otaqlı mənzillər London və Amsterdamdakı evlərdən bahadır. Bu şəhərdə 3 otaqlı evlər 928.422 dollar təşkil edir. Lakin evlərin belə baha olmasına baxmayaraq bu şəhərə köçmək istəyənlərin sayı elə də az deyil. 28 kv metrlik mənzilin kirayəsi üçün 1013.34 dollar ödəmək lazım olacaq. 90-100 dollar isə kirayə evin aylıq komunal xidmətlərinə sərf olunur.

Ev kirayəsi

Şəxsi evi olanlar üçün kommunal xidmətlərin aylığı 1103  -  1751 dollar arasında dəyişir. Tel-Avivdə demək olar ki, heç kimin şəxsi evi yoxdur. Burada evləri olanlar əsasən uzun illər öncə bu şəhərdə yaxınları yaşayan insanlardı. İsrailli gənclər əsasən hərbi xidmətə qədər ailələri ilə birlikdə yaşayırlar. Hərbi xidmətdən sonra isə ailələrindən ayrılırlar.

Şəhərin özünün spesifikası var. Belə ki, şəhərin cənub hissəsində Efiopiya, Sudan və Eritriyadan olan qaçqınlar məskunlaşıb. İmkanlı biznesmenlər isə şəhərin şimal hissəsində yaşayırlar. Tel-Aviv-də yaxşı rayon Ramat-Aviv hesab olunur.

Qidalanma

İki nəfərlik ailənin aylıq qida üçün xərclədiyi pul 718 dollar  təşkil edir. Bu şəhərdə insanlar adətən həftədə bir dəfə supermarketlərdən bazarlıq edirlər. Çörək 2-5 dollardı.

Tibb

Tibbi sığortaya aylıq adambaşı  315 dollar ödənilir. Bu ödəniş işləyən şəxsin avtomatik hesabından çıxılır. Bundan sonra vətəndaşa xüsusi kart verilir. Bu kart vasitəsilə istənilən aptekdən və bəzi tibb ödənişlərini vətəndaşlar yarı qiymətinə edirlər.

Nəqliyyat

2021-ci ilədək Tel-Avivdə metro işə düşəcəyi gözlənilir. Hazırda bu şərdə ictimai nəqliyyat kimi avtobus və qatarlar fəaliyyət göstərir. Aylıq nəqliyyat haqqı isə 280 dollardı. Tel-Avivdə avtomobil idarə etmək şəhər sakinlərinə baha başa gəlir. Belə ki, həm park yerlərinin baha olması həm də tıxaclar bu şəhərdə maşından istifadəni olduqca çətinləşdirir.

Əyləncə

Tel-Avivdə gənclər əyləncə üçün adətən gecə klublarına başçəkirlər. Bu kimi yerlərə giriş bileti 19-57 dollardı. Teatlara və muzeylərə giriş bileti isə 80-115 dollardı. Kinoya bilet isə 20-50 dollardı.

Mənbə: fins.az

OXŞAR XƏBƏRLƏR