60 yaşlı körpü yenidən inşa olunacaq - TƏMƏLİ QOYULDU

60 yaşlı körpü yenidən inşa olunacaq - TƏMƏLİ QOYULDU
Avto 18 Oktyabr 2017 13:17 1626
60 yaşlı körpü yenidən inşa olunacaq - TƏMƏLİ QOYULDU

Azərbaycan-Rusiya sərhədində Samur çayı üzərində avtomobil körpüsünün təməlqoyma mərasimi keçirilib.

 
Səyyah.az turizm və avtomobil portalının xəbərinə görə mərasimdə Rusiya tərəfdən nəqliyyat naziri Maksim Sokolovun rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycan tərəfdən isə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.Təməlqoyma mərasimi Azərbaycanın “Samur” gömrük buraxılış məntəqəsi və Dağıstanın Məhərrəmkənd rayonunda yerləşən “Yaraq-Qazmalar” buraxılış məntəqəsinin ərazisində baş tutub.Samur çayı üzərində yeni avtomobil körpüsünün tikintisi barədə hökumətlərarası saziş 2013-cü il sentyabrın 13-də imzalanıb.Yeni körpü 1957-ci ildə inşa olunmuş körpünü əvəz edəcək.

Körpünün uzunluğunun 325,3 metr, eninin 17,3 metr olması nəzərdə tutulur. Körpü üç zolaqlı olacaq.

OXŞAR XƏBƏRLƏR