Uşağı tərifləyin- TƏRBİYƏ METODU

Uşağı tərifləyin- TƏRBİYƏ METODU
Avto 19 Oktyabr 2017 14:07 1017
Uşağı tərifləyin- TƏRBİYƏ METODU

Uşaqların tərbiyə edilməsində hər valideyn öz metodundan istifadə edir.

  Valideynlər ya həddindən artıq övladlarına diqqət ayırar ya da onlara vaxt belə ayırmazlar. Bunu isə uşaqların həm psixologiyasına həm də tərbiyəsinə öz təsirini göstərmiş olur. Səyyah.az turizm və sağlıq portalının məlumatına görə psixoloq Yeganə Özçələbi isə uşaqların düzgün tərbiyə edilməsinə öz münasibətini bildirib. Psixoloq qeyd edir ki, Uşağı tərif üsulu ilə tərbiyələndirmək yaxşıdır. Lakin bunun da öz metodu var. Uşaqlar yerinə yetirdikləri hər hansı bir işin nəticəsini sizə göstərdikdə “Sən ağıllısan”, “Bacarıqlısan” deməklə onun şəxsiyyətinə təriflər yağdırmış olacaqsınız. Bunun çox davam etməsi ilə narsizmin (özünü hədsiz sevmək) təməli qoyulacaqdır. Bunun yerinə “Çəkdiyin şəkil çox gözəl alınıb” , “Dərslərinə hazırlığını bəyəndim” tipli cümlələr qurduqda uşağın şəxsiyyətini deyil, etdiyi cəhdi tərifləmiş olacaqsız. Bu uşaqda özündən razılıq yaratmayacaq. Əksinə o öz üzərində daha çox çalışacaq.

OXŞAR XƏBƏRLƏR