Hamilə qadınlardan qan nəqli kişilərin ölümünə səbəb ola bilər

Hamilə qadınlardan qan nəqli kişilərin ölümünə səbəb ola bilər
Sağlıq 19 Oktyabr 2017 14:14 893
Hamilə qadınlardan qan nəqli kişilərin ölümünə səbəb ola bilər

The İndependent-in xəbərinə görə, hamiləlik keçirmiş qadın donorlardan kişilərə edilən qan nəqli ölüm riskini artırır.

10 illik aparılan bir araşdırmaya görə, 50 yaşınadək və hamilə olmuş bir qadından qan almış kişinin ölüm riski 1.5 dəfə daha çoxdu. Səyyah.az turizm və sağlıq portalı məlumat verir ki, bu da ölümün 6 faiz artması deməkdir.Hollandiyada 31.118 xəstənin müayinəsi üzərinə edilən araşdırmaya görə, 4 min kişiyə hamilə qadından qan nəqli edildikdən sonra həyatını itirib.Araşdırmaçılardan biri olan Dr.Rutger Middleburg Journal of the American Medical Association jurnalında “Həyatda ən az bir dəfə hamiləlik keçirmiş qadın donordan qan nəqli edilən kişilərin ölüm riski, kişi və hamilə olmayan qadın donorlardan qan nəqli edilmiş kişilərə nisbətən daha çoxdur”

Araşdırmalar göstərir ki, bu halların baş vermə səbəbi hamiləlik dövründə immunitet sisteminin dəyişməsidir.İngiltərənin sağlamlıq orqanlarından olan NHS, hamilə olan və ya olamayan bütün qadınlardan qan donoru almağa davam etdiyini bildirib.

OXŞAR XƏBƏRLƏR