Azərbaycanda təqdimatı olacaq yeni avtomobil

Azərbaycanda təqdimatı olacaq yeni avtomobil
Avto 21 Oktyabr 2017 10:40 1181
Azərbaycanda təqdimatı olacaq yeni avtomobil

Ulyanovsk avtomobil zavodu Bakıda yeni “UAZ-Profi” avtomobilinin təqdimatını keçirməyi planlaşdırır.

Səyyah.az turizm və avtomobil portalının xəbərinə görə Rusiyanın Ulyanovsk vilayəti qubernatorunun saytında bildirilir ki, “UAZ-Profi”nin yükqaldırma qabiliyyəti 1,5 tondur. Müəssisə mütəxəssislərinin sözlərinə görə, “UAZ-Profi” Ulyanovsk avtomobil istehsalçısının kommersiya minik avtomobilləri (LCV) bazarında öz mövqeyini möhkəmləndirməsinə imkan verəcək.

“UAZ” MMC-nin baş direktorunun satış və marketinq üzrə müavini Sergey Travkin deyib: “Biz ixrac istiqamətini inkişaf etdirməyi planlaşdırırıq. Birincisi, Gömrük İttifaqına üzv olan ölkələrdir. Belarusda, Qazaxıstanda və digər ölkələrdə təqdimatlar keçirmişik. Budəfəki təqdimat Azərbaycanda olacaq. Bu avtomobil yaxın xarici ölkələrin alıcısına təklif olunacaq. Latın Amerikası ölkələrində də öz bazarlarımızı inkişaf etdirəcəyik. Çünki “UAZ-Profi”nin bəzi texniki xarakteristikaları Rusiya üçün bir qədər qeyri-adi sayıldığı halda, dünya bazarlarında, xüsusən Amerikada və Latın Amerikasında bu sistem çoxdan tətbiq olunur və uğurlu hesab edilir. 2018-ci ilə yeni modellərimizi nümayiş etdirmək üçün bir sıra tədbirlər planlaşdırmışıq. Biz inkişafımızı birmənalı olaraq, ixrac potensialı ilə də əlaqələndiririk”. /azərtac/

 

© Azərtac

OXŞAR XƏBƏRLƏR