Almaniyada almanların tanımadığı "Juist" adası- FOTOLAR

Almaniyada almanların tanımadığı
Şəxsi təcrübə 23 Oktyabr 2017 10:34 931
Almaniyada almanların tanımadığı "Juist" adası- FOTOLAR

Səyyah.az turizm portalı Almaniyaya səyahəti zamanı bir çox almanların tanımadığı adadan danışan səyahətçimizin görüb çəkdiklərini təqdim edir..

  Sizlərə keçən il payızda səyahət etdiyim "Juist" adası haqqında danışmaq istərdim. Etdiyim səyahətlər içərisində ən xüsusi olanlardan biri də məhz bura idi. "Juist" adası Almanların özləri tərəfindən belə çox az bilinən bir yerdi. Biz həmin şəhərə ölkəmizi ermənilərin,gürcülərin, almanların və digər bir neçə avropa ölkələrinin arasında təmsil etməyə getmişdik. Baku-İstanbul-Hamburg xətti ilə Almaniyaya çatdıq. Hamburgdan xüsusi buslarla iki saat qədər şimala doğru gedib, ordan isə balaca təyyarələrlə adaya yollandıq.
 "Juist" adası Şimal dənizi ilə əhatə olunub. Burada bir dənə də maşın yoxdur. Adada faytonlar həm taksi , həm də digər transport vasitələrinin yerini tutub. Velosipedlə adanı başdan-başa gəzmək həm daha sərfəli , həm də daha maraqlı olur. Hərəkətli gecələri sevən insanlar üçün ola bilsin ki, bura çox da maraqlı olmasın. Amma düzünü demək lazımdırsa, mən özüm də sakit yerləri sevməsəm də, Juist mənim çox xoşuma gəldi. 
Burada hamının ağız dadına uyğun təam tapmaq olar. Restoran burada istədiyiniz qədərdi. Dəniz məhsulları daha çeşitli və ləzzətlidirlər. Steykləri də öz yerində.
 "Juist" adasının havası o qədər təmizdir ki, burada yaşayan əhali bu havanı udduqları üçün ayda müəyyən qədər vergi ödəyir. Bu məbləği bizim üçün tədbir rəhbərləri ödəmişdi.
 "Juist"ə gəlmək üçün çox yorulmalısız yol baxımından, amma əmin olun ki buna dəyəcək!

OXŞAR XƏBƏRLƏR