Azərbaycanda satılan ən ucuz təzə maşınlar – QİYMƏTLƏR

Azərbaycanda satılan ən ucuz təzə maşınlar – QİYMƏTLƏR
Avto 23 Oktyabr 2017 12:03 5829
Azərbaycanda satılan ən ucuz təzə maşınlar – QİYMƏTLƏR

Son iki ildə yaranan iqtisadi vəziyyət avtomobil bazarına təsirsiz ötüşməyib.

Səyyah.az turizm və avtomobil portalı xəbər verir ki, avtomobil bazarında rəsmi dilerlərin satdığı ən ucuz yeni modellər 38-50%  və yaxud 5-6 min manat bahalaşıb. Məsələn, ötən il rəsmi dilerlərin təqdim etdiyi ən ucuz avtomobillərin qiyməti 9-15 min manat təşkil edirdisə, hazırda 13500-21 000 manat arasında dəyişir. Hazırda Azərbaycanda satılan ən ucuz təzə avtomobillər Rusiya və Çin istehsalıdır.

“Changan Benni” -13500 manat

Azərbaycan bazarında hazırda satılan ən ucuz yeni avtomobil adını “Changan Benni” qorumaqda davam edir. Bununla belə 2015-ci il model kiçik Çin avtomobili  9 min manatdan 13500 manata kimi bahalaşıb.  Çin avtomobillərinin Azərbaycanda rəsmi idxalçısı “Sirena Motors” şirkətindən fins.az-a verilən məlumata görə, cəmi 1 litr həcmli 80 at gücündə mühərriklə “Changan Benni” maksimum 7 litr yanacaq sərf edir. Kiçik olmasına baxmayaraq avtomobilə 4 sərnişin yerləşə bilər. Avtomobilə ABS əyləc sistemi, yüngül lehimli disklər, CD-Center, mərkəzi qapanma sistemi və kondisioner əlavə edilib.  

“Lada Niva” 14 500 manat

15 min manata qədər təzə avtomobil axtaranlar siyahıdakı Rusiya maşınlarına da göz gözədirə bilərlər. Ən ucuzlar siyahısında yer alan avtmobillərdən biri də 2017-ci il model “Niva” avtomobilləridir. Rus avtomobillərinin Azərbaycanda rəsmi idxalçısı “Xazar Lada” şirkətindən fins.az-a verilən məlumata görə, hazırda “Niva” avtomobilləri 14500 manata satılır.Avtomobil 1.7 l həcmli mühərriklə təhciz edilib. Maksimal sürəti 200 km/saat olan avtomobilin yanacaq sərfiyyatı 100 km-ə 11 litr təşkil edir. 

“Lada Priora” 15200 manat

Siyahıda növbəti model “Lada Priora”dır. 106 at gücündə 1.6 litr mühərrikli 2017-ci il model “Lada Priora” hazırda 15 200 manata təklif edilir. Avtomobil orta təhcizatlıdır.

“Lada Kalina” 16 500- 17 500 manat

“Lada Kalina” modeli təhcizatdan aslı olaraq 16 500-17 500 manata satılır. 2017-ci il model 1.6 l mühərrikli avtomobilin orta yanacaq sərfiyyatı 6,1 litr təşkil edir. 

“Lada Granta” 18 700 manat

Hazırda satışda olan daha bir Rusiya avtomobili  “Lada Granta” ən ucuz yeni  avtomobillər sırasında 5-cidir. 1.6 litr mühərrikli 2016-cı il model avtomobilin orta yanacaq sərfiyatı 7 litr təşkil edir. Avtomobil 18 700  manata satılır. 

  “Greal Wall C30”  19600  manat

Ən ucuz ala biləcəyiniz daha bir avtomobil  “Greal Wall C30”  avtomobilidir. 105 at gücündə 1.5 l mühərrikli avtomobil 100 kilometr məsafəyə 5.7 litr yanacaq işlədir.  Çin avtomobilinin 2016-cı il versiyası 19600 manata təklif edilir. Bununla belə, adı çəkilən model hazırda stokda qaldığı üçün aşağı qiymətlə təklif edilir. Yeni modellər üzrə qiymətlər 20 min manatdan yuxarıdır.   

“Lada Largus” 20  000 manat

Nağd alına biləcək ən ucuz avtomobillər siyahısında Rusiyanın başqa bir modeli “Lada Largus” sonuncudur. 2017-ci il model 1.6 l həcmli avtomobilin orta yanacaq sərfiyyatı 8 litrdir. Bu avtomobil isə 20 min manata satılır.  

“Baic D20” – 21 min  manat 

 

Bakıda satılan ən ucuz avtomobillər arasında ən bahalısı Çin avtomobili “Baic D 20” modelidir. “Sirena Motors” şirkətindən verilən məlumata görə, avtomat sürət qutulu 1.5 l mühərrikli model 21000 manata satılır. 2017-cü il model heçtbek tipli avtomobil yüngül lehimli disklər, ABS əyləc sistemi, şüşə lyuk, CD-Center, yan güzgülərin elektriklə tənzimlənməsi sistemi, parkinq köməkçisi, kondisionerlə yanaşı, dəri ilə üzlənmiş sükan çarxına sahibdir. 

 

 

Mənbə: fins.az

OXŞAR XƏBƏRLƏR