İtaliyanın bu qəsəbəsinə köçmək istəyənlərə ev və pul verilir

İtaliyanın bu qəsəbəsinə köçmək istəyənlərə ev və pul verilir
Xaricdə iş və miqrasiya 23 Oktyabr 2017 17:54 1953
İtaliyanın bu qəsəbəsinə köçmək istəyənlərə ev və pul verilir

 

İtaliyanın Kandilas qəsəbəsinə köçmək istəyənlərə ev və pul veriləcək.

 Səyyah.az turizm və miqrasiya portalı fins.az-a istinadən xəbər verir ki, qəsəbə sakinləri arasında yaşlıların çox olması 5-10 evdə yaşayışın olması İtaliya hökumətini bu addımı atmağa vadar edib.Ölkənin Pulqin bölgəsində yerləşən qəsəbənin 1990-cı ildə 9 minə yaxın əhalisi olub. Sonuncu statistika zamanı məlum olub ki, Kandilasda 2 minə yaxın əhali yaşayır. Onların da çoxu yaşlılardır.Qəsəbə bələdiyyəsinin sədri Nikola Qantta mətbuata verdiyi açıqlamada vurğulayıb ki, bu qəsəbəyə yerləşmək istəyən hər kəsə yüksək imkan yaradılacaq: “Qəsəbədə evlərin çoxu boşdur. Burada yaşamaq istəyənlər üçün bu, böyük üstünlükdür. Eyni zamanda, biz subay adama ayda 800 Avro, evli cütlüklərə 1200 Avro, 3 nəfərlik ailələrə 1500-1800, 4-5 nəfərlik ailələrə isə, 2 min Avro yardım verəcəyik”.Bələdiyyə sədrinin sözlərinə görə, edilən təklifdən sonra qəsəbəyə 5 qaçqın və miqrant ailəsi yerləşdirilib. Onların hər birinə 3-4 otaqlı evlər verilib. Gələn ayın əvvəlindən isə, onlar dövlətin sosial yardımından başqa bu qəsəbəyə yerləşdirildikləri üçün yuxarıda qeyd olunan məbləğlərdə pul alacaqlar: “Amma biz qaçqın və miqrantlarla bağlı bir limit müəyyən edəcəyik. İstəyirik ki, bura köçənlərin arasında italyanlar çox olsun”.

OXŞAR XƏBƏRLƏR