Sosial ipotekada ilkin ödəniş aşağı salındı

Sosial ipotekada ilkin ödəniş aşağı salındı
Əmlak 24 Oktyabr 2017 09:43 1105
Sosial ipotekada ilkin ödəniş aşağı salındı

Xəbər verdiyimiz kimi, "Azərbaycan İpoteka Fondu" ASC dövlət xətti ilə verilən kommersiya xarakterli ipoteka kreditlərinin maksimal məbləğini 150 min manatadək artırıb.

Səyyah.az turizm və əmlak portalı xəbər verir ki, ondun saytında dərc olunan məlumata əsasən, kommersiya xarakterli ipoteka kreditləri əvvəlki kimi, ilkin ən azı 15% ödənişlə 25 ildən çox olmayan müddətə veriləcək. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.Sosial ipoteka üzrə dəyişikliklər ilkin ödəniş şamil edilir. Bunun səviyyəsi 15%-dn 10%-dək azaldılıb. Sosial ipoteka kreditlərinin maksimal məbləği 100 min manat təşkil edir. Kredit illik 4%-dən çox olmayan dərəcə ilə 30 ildən çox olmayan müddətə verilir.AİF 2005-ci ilin dekabr ayında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb. Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb. AİF 2009-cu il iyunun 1-dən kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir.

Kommersiya xarakterli ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. /İnterfaks-Azərbaycan/

OXŞAR XƏBƏRLƏR