Polşada yaşamaq icazəsi almaq – QAYDALAR və SƏNƏDLƏR

Polşada yaşamaq icazəsi almaq – QAYDALAR və SƏNƏDLƏR
Xaricdə iş və miqrasiya 24 Oktyabr 2017 11:24 6449
Polşada yaşamaq icazəsi almaq – QAYDALAR və SƏNƏDLƏR

İlk öncə onu deyək ki, bir çoxları Polşaya gələndə hələ vizamın vaxtına var deyib sonra oturum izni alaram fikirləşir və bu məsələyə ötəri yanaşır.

Lakin ilk fürsətdəcə bu məsələni həll etmək lazımdır. Çünki Oturum izninə ərizə verdiyiniz gün passportunuza bir möhür vurulur ki, həmin möhürlə vizanız bitsə belə Polşada qala bilərsiniz amma vizasız ölkədən çıxa bilmirsiz (əslində çıxa bilirsiniz, geri qayıda bilmirsiniz). Səyyah.az turizm portalının məlumatına görə ərizəni verdikdən 2-3 ay sonra sizə “desizya” yəni qərar verilir, qərardan 1 ay sonra isə residence card verilir. Yəni bu prosess 3-4 ay bəzən daha çox çəkə bilir və bu müddətdə vizanız bitibsə və ölkədən çıxmalı olsaz o zaman yeni viza almaq lazım olacaq. Beləliklə Polşada yaşayan azərbaycanlı gənc Səbuhi Nəzərovun şəxsi təcrübəsinə əsasən Polşada yaşamaq icazəsi almaq üçün əldə etdiyi məlumatları təqdim edirik.

Residence card (yaşamaq icazəsi) necə ala bilərəm?

Bunun üçün aşağıdakı  sənədləri hazırlayıb Wydział Spraw Obywatelskich i Cudzoziemców(Department of Nationals’ and Foreigners’ Affairs) ofisinə getmək lazımdır. Göstərilən ünvan Krakovdakı ofisin ünvanıdır.

Lazım olan sənədlər:

Ərizə forması – Bu ərizə formasını miqrasiya idarəsi verir. Onu alıb doldurursunuz daha sonra nüsxəsini etdirirsiz. Ərizə Polyak dilində doldurulmalıdır amma ərizədəki suallar Polyak, İngilis hətta rus dilində verildiyi üçün çox gümanki nə istədiklərini anlayacaqsınız.

Passportunuzun nüsxəsi –  bütün səhifələrinin, hətta boş səhifələrin belə nüsxəsini çıxartdırmalısınız.

340PLN(80-85EUR) dövlət rüsumu – Bunu yerindəcə kartla və ya kassaya nəğd yolla ödəyə bilərsiniz. Kassaya get-gəl sıra filan, uzundərə olmasın deyə məsləhətdirki, kartla ödəyəsiniz.

4 ədəd şəkil – Bu şəkil viza üçün çəkdirdiyiniz kimi eynən 3.5×4.5 biometrik şəkil olmalıdır. Vizadan artıq qalan şəklinizi atmayın özünüzlə gətirin . Şəkil gətirməyi unutmusunuzsa ofisin özündə fotoqraf var

Qəbul sənədi – Viza üçün təqdim etdiyiniz universitetdən və ya kursdan göndərilən qəbul sənədi burda da lazımdır.

Ödəniş qəbzi – Kursun və ya universitet təhsil haqqının bir qisminin (misal: 1 aylıq) ödənilməsini təsdiqləyən qəbz

Sağlamlıq siğortası – Polşada sağlamlıq siğortasının almağın bir neçə üsulu var. Ya dövlət qurumu olan NFZ-dan və ya özəl qurumlardan (məsləhətdir PZU) alırsınız. Dövlət qurumu tələbələrə daha çox sərf edir çünki aylıq  30-50 PLN (10EUR) qiyməti var. Amma tələbə olmayanlara bahadır. Buna görə tələbə olmayanlar (kursla gələnlər) PZU-ya müraciət edib 40-70PLN(10-20EUR) arası qiymətlərə   siğorta ala bilər. Əsas diqqət olunmalı məsələ 1 illik siğorta müqaviləsi bağlayırsınız, kartı alana qədər sizdən ödəməyinizi tələb edəcəklər kartı alandan sonra gedib siğorta müqaviləsin dayandırmaq mümkündür.

Bank hesabında pul – Viza almaq üçün verdiyim məlumatlarda bankdan aldığınız arayışı saxlayın. Əgər saxlamamısınızsa onu tərcümə mərkəzində sworn (ştamplı rəsmi) tərcümə etdirin. Yox əgər saxlamamısınızsa bank hesabınıza 9000PLN (2500EUR) pul qoyursunuz, bankdan çıxarış (statement) alıb aparırsınız. Məlumat üçün bildirək ki, Bakıdan aldığınız və ya polşadan aldığınız bank çıxarışı 3 ay keçərlidir. Yəni çıxarışın aldıqdan 4 ay sonra həmin çıxarışla müraciət edə bilməzsiniz.

Doğum haqqında şəhadətnamə – Bu sənədi ən  ingilis dilinə tərcümə etdirib gətirin çünki Azərbaycan dilindən tərcüməsi problem yaradır.

Yaşayış yerinin müqaviləsi – Bu sənədi ərizə verəndə istəmirlər amma 20-30 gün sonra zəng edib deyirlərki, bəs belə bir sənəd də lazımdır. Əgər əlinizdə 1 illik hansısa evlə müqaviləniz varsa elə ilk sənəd verəndə verin . Sonra istəyəcəklər və bu prosesin gecikməsinə səbəb olacaq.

Sənədləri verdiyiniz gün pasportunuza ştamp vurulacaq. Amma kartın verilməsi prosesi 3-4 ay çəkəcək. Əgər sənədləri düzgün təqdim etmisinizsə heç bir problem olmadan kartınızı alacaqsınız. Sadəcə  bir və ya 2 ay sonra sizə zəng edib kursun və siğortanın ikinci və üçüncü aylarının ödənişini də gətirməyinizi istəyəcəklər. Bunun qarşısını almaq üçün sığortanın da kursun da 3 aylıq ödənişini əvvəldən ödəməyiniz məsləhətdir. Ondan sonra sizə sadəcə oturub gözləmək qalır.

OXŞAR XƏBƏRLƏR