Bu böyük ölkədə avtomobil istehsal edilməyəcək

Bu böyük ölkədə avtomobil istehsal edilməyəcək
Avto 25 Oktyabr 2017 11:01 1039
Bu böyük ölkədə avtomobil istehsal edilməyəcək

Dünyanın ən böyük yeddinci ölkəsi olan Avstraliyada 100 ildən çox müddətdir davam edən avtomobil istehsalı, son "General Motors-Holden" modelinin istehal edilməsilə rəsmən tarix oldu. Artıq Avstraliyada avtomobil istehsal edilməyəcək.

Səyyah.az turizm və avtomobil portalı marjaya istinadən xəbər verir ki, 2013-ci ildə,  ölkədə 91 ildir avtomobil istehsal edən Ford istehsalını başa vurmuş və zavodlarını bağlamışdı. Son olaraq Toyota istehsaldan çəkilmişdi.Avstraliyada avtomobil istehsal edən şirkətlərdən Holden də istehsalı dayandırdı. 69 ildir Adelaide yerləşən zavodunda Holden markalı avtomobillərin istehsalını həyata keçirən General Motors, son vavtomobilini istehsal edib. Beləliklə, ölkədə avtomobil istehsalı fəaliyyəti qalmayıb.
Təxminən 1 milyon ədədlik bazara malik olan Avstraliya bundan sonra bütün avtomobilləri idxal edəcək. 
Avstraliyada avtomobil istehsalının dayandırılmasının ən mühüm səbəbi bazarın kifayət qədər rəqabətə davamlı olmamasıdır. Xüsusilə, Uzaq Şərqdən həyata keçirilən idxal qarşısında tab gətirə bilməyən istehsala, daxili yüksək xərclər və güclü Avstraliya dolları da zərbə vururdu.

OXŞAR XƏBƏRLƏR