“Green card”ı udan azərbaycanlıların hekayəsi

“Green card”ı udan azərbaycanlıların hekayəsi
Xaricdə iş və miqrasiya 25 Oktyabr 2017 17:05 1671
“Green card”ı udan azərbaycanlıların hekayəsi

“Green card” ABŞ-da yaşamaq üçün verilən vəsiqədir. Bu vəsiqə ilə ABŞ-da istədiyiniz qədər qanuni şəkildə yaşaya və işləyə bilərsiniz. “Green card”  proqramı ildə bir dəfə keçirilir və proqrama hərkəs müraciət edə bilər. “Green card” sahibləri ABŞ vətəndaşları ilə eyni hüquqlara sahib olur. “Green card” Lotoreya proqramı ilə hər il 50.000-dən çox şəxs Amerikaya gedir.

Səyyah.az turizm portalı sey-yah. com-a istinadən ötən illər ərzində “Green card”ı udan azərbaycanlıların hekayəsini təqdim edir:

Xəlil Şakir

2016-cı ildə bəxtim gətirdi və Azərbaycandan “Green card” qazanan 300 şəxsdən biri də mən oldum. Müraciətin ilk ilində qalib olmuşdum. 1 il müddətində bütün sənədləşmə işlərim aparıldı və artıq 3 aydır ki, Las Veqasda yaşayıram. Sizə sözüm, həyatınıza yaxşı hadisələr baş verməsi üçün şans verin.

Fuad Əlizadə

2016-cı ildə hərbi xidmətdə olarkən xəbərim oldu ki, “Green card” qalibi olmuşam, həm də müraciətimin ilk ilində. Əsgərlikdə olduğum müddətdə bütün sənədləşmə işlərim aparıldı və artıq 1 aydır ki, Nyu Yorkda yaşayıram. Məncə şansımız həmişə var, sadəcə bunun üçün addım atmaq lazımdır.

Cavid Bağırlı

Qalib olduğumla bağlı xoş xəbəri 2016-cı ildə İstanbulda olarkən aldım. 2013-cü ildən bəri müraciət edirdim və nəhayət qalib olmuşdum. 1 il müddətində bütün sənədləşmə işlərindən sonra artıq 5 aydır ki, xəyallarımın şəhəri Nyu Yorkda yaşayıram. Şansa inanın, çünki o bir gün üzünüzə güləcək.

OXŞAR XƏBƏRLƏR