“Xutor”dakı evlər söküləcək - Baş nazirin müavini açıqladı

“Xutor”dakı evlər söküləcək - Baş nazirin müavini açıqladı
Əmlak 26 Oktyabr 2017 02:14 47
“Xutor”dakı evlər söküləcək - Baş nazirin müavini açıqladı

Paytaxtda istismar müddətini tamamlamış, qəzalı vəziyyətdə olan evlərin söküntüsü davam etdirilir. Pirallahı və Xəzər rayonları istisna olmaqla, Bakının bütün rayon icra hakimiyyətlərinə bu səlahiyyət verilib.

Seyyah.az turizm və əmlak portalının məlumatına görə, baş nazirin müavini Abid Şəriov “Xəzərxəbər”ə açıqlamasında bildirib ki, pilot layihə çərçivəsində artıq 1726 qəzalı vəziyyətdə olan tikili sökülüb.Bu binalarda yaşayan 3436 ailə isə mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün müvəqqəti olaraq köçürülüb.

A. Şəriov bu layihənin köhnə tikililərin yerində çoxmərtəbəli bina tikən iş adamlarının da xeyrinə olduğunu, onların ayrı-ayrı qurumlara müraciət edib əlavə vaxt itkisindən azad olduqlarını deyib.

Qeyd edək ki, bu il ərzində yalnız Sabunçu rayonunda 1 bina təhvil verilib. Artıq binaların nə vaxt veriləcəyi tarix də məlumdur. Tikinti prosesi zamanı köçürülən əhali yaşayış yeri ilə təmin olunur. Proses tamamlandıqdan sonra onlar sahəsi əvvəlkindən daha böyük olan və tam təmirli evlərlə təmin olunacaqlar.

Baş nazirin müavini yeni görkəm alan “Sovetski” adlanan ərazi ilə bağlı da danışıb. O, birinci mərhələdə işlərin uğurla yekunlaşdığını, az sahəli evlərdə yaşayan insanların tikilən 2 doqquzmərtəbəli binada mənzillərlə təmin olunduqlarını qeyd edib.

Abid Şərifovun sözlərinə görə, layihə böyük vəsait tələb etdiyindən işlər mərhələli şəkildə həyata keçirilir.

Baş nazirin müavini layihənin növbəti mərhələsi kimi “Xutor” adlanan ərazidəki evlərin söküləcəyini də açıqlayıb.

OXŞAR XƏBƏRLƏR