Xərçəngə tutulmamaq üçün nə edək... - Doktor YAZIR

Xərçəngə tutulmamaq üçün nə edək... - Doktor YAZIR
Sağlıq 26 Oktyabr 2017 09:37 646
Xərçəngə tutulmamaq üçün nə edək... - Doktor YAZIR

Camaat sağlam qalmaq istəyir. İlk baxışdan sağlam, həkimə getmədən ölmək istəyir.

Öz seçimidir.

Bu gün yanıma 85 yaşında bir həkim gəlmişdi. Prostat xərçəngi diaqnozu qoyulmuşdu.

Bir müddət mənə çay sodası içərək xərçəngi "sağaltdığını", daha doğrusu "zəiflətdiyini" isbat etməyə çalışdı.

Bir az kobud davrandım:

-Doktor, hansı dərmanı istifadə etdiniz?

Bir az dirəndi. Sonra dedi:

-Zoladex.

Doktor, sizi Zoladex sağaldıb. Daha doğrusu sağaldır. Çay sodası niyə?

Bir şeydə haqlı idi. Çay sodasl bədəndə mühiti qələviləşdirir.

Qələvi mühitdə xərçəng yaranmaqda çətinlik çəkir.

Amma yarandıqdan sonra öz ətrafında turş mühit yaradır, özünü qoruyur.

Qələvi mühit xərçəngi önləyir.

Qələvi mühit xərçəngi SAĞALTMIR.

Özünüzü aldatmayın.

Xərçəng diaqnozu qoyulmadan bədəni qələviləşdirən tədbirlər görün.

Göyərti yeyin.

Çox su için.

Çoxlu yatın.

Az ət yeyin.

Az çay için.

Az əsəbləşin.

Çörəyi, düyünü, kartofu azaldın, şəkəri kəsin.

Çoxlu limon yeyin.

Çox seks ilə məşğul olun və gülün.

İ "vsyo".

Çay sodası kimi dadsız məhlul nəyinizə lazımdır?

O ki sağaltmır.

OXŞAR XƏBƏRLƏR