Azərbaycanda satılan ən bahalı avtomobillər açıqlandı – QİYMƏT

Azərbaycanda satılan ən bahalı avtomobillər açıqlandı – QİYMƏT
Avto 26 Oktyabr 2017 12:38 1019
Azərbaycanda satılan ən bahalı avtomobillər açıqlandı – QİYMƏT

Maliyyə böhranının təsirinin bir qədər azalması ilə Azərbaycana avtomobillərin, o cümlədən bahalı avtomobillərin axını yenidən başlayıb.
Səyyah.az turizm və avtomobil portalı FED.az-a istinadən xəbər verir ki, ölkəmizə gətirilən lüks nəqliyyat vasitələri arasında qiyməti 1 milyon manatı keçən variantlar da var.

Bunlar dünyanın ən bahalı avtomobillərindən sayılan «Rolls Roys Phantom»və «Bentley Mulsanne EWB»dir.

«Phantom»un bu modeli 6,75 litr həcmli, 563 at gücü olan mühərriklə təmin edilib. Avtomobil əvvəlki smodelərdən biri sıra texniki yeniliklərlə fərqlənir. Dizayn isə ənənəvi olaraq yüksək səviyədədir.

«Bentley»in «Mulsanne»si isə 6,8 litr həcmili, 505 at gücü olan mühərrriklə təmin edilib.  

«Phantom» 100 kilometrədən sürəti cəmi 5,3 saniyəyə, «Mulsanne» isə 5,8 saniyəyə yığır.

Avtomobillərin texniki göstəriciləri kimi, qiymətləri də yaxındır. Belə ki, «Rolls Roys Phantom» 1,3 milyon manata, «Bentley Mulsanne EWB» isə 1,2 milyon manata satılır.

Bu rəqəmin nə qədər yüksək olduğunu göstərmək üçün bildirək ki, bu qiymətlərlə «Phantom»un bir illik kasko sığortası 45-50 min manata, «Bentley Mulsanne»nin kasko sığortası isə 42-48 min manata başa gələcək. 

Adı çəkilən avtomobillərin satış mərkəzindən verilən məlumata görə, hələlik Azərbaycana hər bir avtomobildən cəmi 1 ədəd gətirilib və onlar alıcı gözləyirlər.

OXŞAR XƏBƏRLƏR