Tikinti şirkəti sakinlərin razılığı olmadan bina sökür - FOTOLAR

Tikinti şirkəti sakinlərin razılığı olmadan bina sökür - FOTOLAR
Əmlak 26 Oktyabr 2017 14:00 1143
Tikinti şirkəti sakinlərin razılığı olmadan bina sökür - FOTOLAR

Səyyah.az turizm və əmlak portalı xəbər verir ki, Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsi 69 ünvanında yerləşən 48 mənzilli yaşayış bunasının sakinləri "marja"ya müraciət ediblər. Binada 200 sakin yaşayır. 

 Müraciətdə qeyd edilir ki, 1970-ci ildə tikilən və  sakinlərin mülkiyyətində olan 7 mərtəbəli daş bina şəhərin xarici görünüşünə xələl gətirmir və qəzalı vəziyyətdə deyil:

"Lakin buna baxmayaraq, bizim razılığımız olmadan və sakinlərin binada yaşamasına baxmayaraq  “Pilot İnşaat-A” şirkəti (ünvan: Mərdənov Qardaşları küçəsi, ev 41/47) heç bir qanuni əsası olmadan bizim mülkiyyətimizi sökməyə başlayıb. Qeyd olunan firmanın işçiləri mənzilləri və binanın üzlüyünü dağıdır, binanı yararsız və qəzalı vəziyyətə salırlar.Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən bizim bina sökülməyi nəzərdə tutulan binaların siyahısında deyil. Əlavə olaraq bildiririk ki, “Pilot İnşaat-A” firması bu əməllərini həyata keçirərkən dövlət adından itifadə edir.Dəfələrlə aidiyyatı dövlət qurumlarına, o cümlədən Bakı şəhər və Nəsimi Rayon İcra Hakimiyyətinə müraciət etməyimizə baxmayaraq “Pilot İnşaat-A” şirkəti bu gündə əməllərindən əl çəkməyərək binanın söküntüsünə davam edir",- Müraciətdə bildirilir.

“Pilot İnşaat-A” şirkətinin mövqeyini öyrənməyə çalışırıq.

OXŞAR XƏBƏRLƏR