Universitet müəllimlərinin maaşı artırılacaq  

Universitet müəllimlərinin maaşı artırılacaq  
Təhsil və karyera 27 Oktyabr 2017 12:08 1412
Universitet müəllimlərinin maaşı artırılacaq  

 

Azərbaycan Texniki Universitetində (AzTU) noyabr ayının 1-dən etibarən əmək haqları artırılacaq.

Səyyah.az turizm və təhsil portalının məlumatına görə AzTU-nun mətbuat xidmətindən trend-ə verilən məlumata görə, Universitetin Elmi Şurasında qəbul olunan qərara əsasən, rəhbər, inzibati idarəetmə və professor-müəllim heyətinin əmək haqları 100 AZN məbləğində artacaq. Tədris-köməkçi və xidmətedici heyətinin əməkhaqları isə 50 AZN məbləğində artacaq. Növbəti ayın 1-dən hesablanacaq artıma əsasən, universitetin ümumi əmək haqqı bazası 15 faiz çoxalacaq. AzTU-nun Elmi Şurasında əməkdaşların sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı aparılan müzakirələrdə universitetin rektor əvəzi Xalıq Yahudov bildirib ki, əməkhaqlarının 2018-ci ilin əvvəlində yenidən artırılması nəzərdə tutulub. Qeyd edək ki, AzTU-da əməkhaqları sonuncu dəfə bu ilin əvvəlində artırılmışdı.

OXŞAR XƏBƏRLƏR