Türkiyədə Azərbaycan universiteti yaradılacaq

Türkiyədə Azərbaycan universiteti yaradılacaq
Təhsil və karyera 27 Oktyabr 2017 14:39 1274
Türkiyədə Azərbaycan universiteti yaradılacaq

Türkiyənin Azərbaycandakı təhsil müşaviri Abdülqafur Böyükfırat bildirib ki, Azərbaycanın rəsmi dairələri tərəfindən Türkiyədə universitet yaradılması təşəbbüsü irəli sürülüb.

Onun sözlərinə görə, bununla bağlı danışıqlar aparılır:

"İnanırıq ki, Türkiyədə Azərbaycan universitetinin yaradılması məsələsi gerçəkləşəcək. Türkiyədə yeni yaradılan Maarif Vaqfı vasitəsilə isə Azərbaycanda Türkiyə universitetinin qurulması mümkündür. Azərbaycan ali məktəblərində türk tələbələrə yüksək səviyyədə təhsil verilir. Bunun nəticəsində son illər türk tələbələrin Azərbaycana ciddi axını başlayıb”./APA/

OXŞAR XƏBƏRLƏR