Çexiyada ipoteka ilə necə əmlak almaq olar? – QAYDALAR, ŞƏRTLƏR

Çexiyada ipoteka ilə necə əmlak almaq olar? – QAYDALAR, ŞƏRTLƏR
Əmlak 29 Oktyabr 2017 21:49 2897
Çexiyada ipoteka ilə necə əmlak almaq olar? – QAYDALAR, ŞƏRTLƏR

Çexiyanın daşınmaz əmlak bazarı yüksəliş dövrünü yaşayır. Və bunun əsas «səbəbkar»larından biri də yerli banklardır. Onlar tikinti şirkətlərinə, müştərilərə, yerlilərə və xaricilərə səxavətlə kredit paylayırlar. Kreditlərin faiz dərəcəsi isə rekod dərəcədə aşağı səviyyədədir. Bəs azərbaycanlıların da böyük maraq göstərdiyi bu ölkədə ipoteka kreditini necə götürmək olar? Bu dəfə seyyah.az turizm və xaricdə əmlak portalı Çexiyada ipoteka kreditinin hansı şərtlərlə verildiyini təqdim edir.

 

 

Çexiyada ipoteka krediti şərtləri

 

Çex bankları ipoteka kreditlərinin həcmini hər il artırır, xaricilərə isə getdikcə daha tez-tez kredit ayırırlar. Bu ilin ilk yarısında çex bankları daşınmaz əmlakın alınması üçün 4,6 milyard avro kredit ayırıblar ki, bu da ötən ilin eyni dövrünə nisbətən 727 milyon avro artıqdır. Ümumilikdə Çexiyada 2 milyon nəfər ipoteka krediti alıb, müqayisə üçün bildirək ki, ölkədə cəmi 10 milyon əhali var.

Çexiyada ipoteka kreditlərini ən çox «Hypoteční banka», «GE Money», «Fio Banka», «UniCredit Bank», «Raiffeisen Bank», «LBBW» bankları verir. Yerli vətəndaşlar üçün ipoteka kreditləri daha əlverişli şərtlərlə verilir - faiz dərəcələri aşağı, müştəriyə tələblər isə daha yumşaqdır.

 

Çexiya bankından ipoteka kredit götürmək üçün ideal xarici namizəd – bu ölkədə daimi və ya müvəqəti yaşamaq izni olanlar, yerli şirkətlərdə işləyərək, yerli bankdakı hesabı vasitəsilə sabit və yüksək əmək haqqı alanlardır. Amma hətta bunlar olmasa da (məsələn, siz Azərbaycanda işləyib yaşayırsınız və Çexiyada yaşamağı planlaşdırmırsınız), siz yenə də Praqada ipoteka krediti ilə mənzil ala bilərsiniz.

 

Xaricilərin daşınmaz əmlak alması üçün ənənəvi kredit şərtləri

 

Kreditin valyutası

Çex kronu

Kreditin məbləği zayma

Əmlakın qiymətinin 70%-ə qədəri

Kredit müddəti

5-30 il

Müştərinin yaşı

18-70 yaş

Kreditin qaytarılması

Hər ay annuitet və ya diferensiallaşmış məbləğlərlə. Əksər hallarda heç bir cərimə olmadan krediti vaxtından əvvəl bağlamaq da olar.

 

 

Çexiyada mənzil almaq üçün faiz dərəcələri

 

Bu ölkədə ipoteka kreditini istənilən əmlak almaq üçün götürmək olar – studiya, mənzil, fərdi ev və ya taunhaus, tikilən obyekt və ya kommersiya əmlakı. Amma müştəri üçün ən sərt məhdudiyyət əmlakın qiyməti ilə bağlıdır.

Çexiyada çoxlu sayda ucuz əmlak var. Söhbət kiçik şəhər və qəsəbələrdə hələ sovet vaxtı tikilən köhnə evlərdən gedir.  Banklar belə obyektləri həddən artıq riskli saydıqlarına görə, onların alınması üçün kredit vermirlər. Adətən ipoteka kreditinin minimum məbləği 20 min avro təşkil edir. Yaxşı olar ki, almaq istədiyiniz əmlakın qiyməti 50 min avro ətrafında olsun.

 

Kreditin maksimum məbləği isə 1 milyon avro təşkil edir. Nəzəri olaraq bu məbləğdə də kredit götürmək olar, amma onda şərtlər bir qədər fərqli olacaq.

 

Xaricilər üçün orta faiz dərəcələri

•       1,99-2,99% - Daimi və ya müvəqqəti yaşama izni olanlar üçün

•       2,99-5,99% - Daimi və ya müvəqqəti yaşama izni olmayanlar üçün

 

Doğrudur, son vaxtlar Çexiyada ipoteka krediti faizlərinin yüksəlməsi tendensiyası müşahidə olunur, amma onlar hələ də aşağı olaraq qalır. Müştərinin ödəmə qabiliyyəti yaxşı olduqca, kreditin faiz dərəcəsi də aşağı olur. Bunun üçün isə sənədlər zərfini düzgün toplamaq lazımdır.

 

 

Çexiyada ipoteka krediti götürmək üçün tələb olunan sənədlər

 

Kredit verməzdən əvvəl bank aşağıdakı məsələləri araşdırmalıdır:

 

•       Müştərinin şəxsiyyəti

Sizin kredit tarixçəniz, Çexiyadakı statusunuz (müvəqqəti yaşamaq izniniz var, ya yox).

 

•       Müştərinin gəlirləri

Sizin gəlirlərinizin həcmi, onların mənbəyi (Çexiyada və xaricdə), gəlirlərinizin mütəmadiliyi.

 

•       Daşınmaz əmlak obyekti

Əmlakın qiyməti (müstəqil qiymətləndirməyə əsasən), obyektin likvidliyi.

 

Avropanın istənilən ölkəsində olduğu kimi, Çexiyada da ipoteka brokerləri işləyir. Yerli kredit bazarını yaxşı bilən bu mütəxəssislər bütün bank məhsulları (yəni bütün kreditlər) ilə tanışdırlar və sənədlər zərfini toplamaqda müştəriyə kömək edirlər. Bir qayda olaraq onların xidməti ayrıca ödənilir - kreditin məbləğinin 0,3-1% olmaqla.

 

Doğrudur, bəzi rieltor agentliklərinin öz ipoteka məsləhətçiləri var və onlar öz müştəriləri üçün bu xidməti pulsuz təqdim edirlər. Tikinti şirkətləri də bir qayda olaraq onlardan ev alan müştəriyə sənəd toplamaqda pulsuz kömək edirlər.

 

MDB sakinlərinin Çexiyada ipoteka götürməsi üçün standart sənədlər siyahısı

 

•       Xarici pasport

 

•       Şengen vizası, ya da Çexiyada müvəqqəti və ya daimi yaşamaq izni

 

•       Daşınmaz əmlakın sənədləri: alqı-satqı müqaviləsi (ilkin müqavilə də olar), əmdakın müstəqil qiymətləndirilməsi, kadastrdan çıxarış.

 

•       Müştərinin ödəmə qabiliyyətini təsdiqləyən sənədlər: işləyənlər üçün son 6 ay üzrə iş yerindən arayış, sahibkarlar üçün vergi deklarasiyası, əmlak icarəsindən gəlir əldə edənlər isə icarə haqqının daxil olduğu bank hesabından çıxarış təqdim etməlidirlər.

 

Diqqət yetirin: Çexiyada bank ipoteka krediti üçün müraciətə baxanda, ailə üzvlərinin dünyanın istənilən nöqtəsində əldə etdiyi gəlirləri nəzərə ala bilər, bir şərtlə ki, həmin gəlirlər leqal yolla əldə edilsin və təsdəqlənə bilsin. Məsələn, siz Bakıda mənzilinizi kirayə verməklə pul qazanırsınızsa, Çexiyada bankın bu gəliri nəzərə alması üçün sizin kirayə müqaviləniz notariusda təsdiqlənməli və Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Daşınaz Əmlakın Dövlət  Reyestri Xidmətində (DƏDRX) qeydiyyata alınmalıdır.

Və təbii ki, bütün bu sənədlər çex dilinə tərcümə edilməlidir.

Təqdim olunan sənədlərin öyrənilməsi müddəti alqı-satqının mürəkkəbliyi və cəlb olunnan mütəxəssislərin sayından asılıdır. Təbii ki, Praqada adi bir mənzilin kreditlə alınması üçün müraciətə iri ticarət mərkəzinin alınmasına nisbətən daha tez baxılacaq. Amma ümumilikdə bu proses 1-2 ay davam edir.

 

Çexiyada ipoteka götürərkən əlavə xərclər

 

Kredit götürülməsi zamanı həmişə əlavə xərclər olur. Bəzi ölkədərdə xüsusi ipoteka ödənişləri tətbiq edilir. Bundan əlavə, demək olar ki  bütün hallarda obyekt təkrar qiymətləndirilir, eləcə də, müştərinin həyat və sağlamlığını sığortalamaq tələb olunur. Çexiyada bu xərclər böyük deyil və kredit məbləğinin 1%-ni keçmir.

               

Daşınmaz əmlakın

qiymətləndirilməsi

adi mənzil üçün 200-500 avro

Notarial müqavilə

kreditin 0,2-0,6%-i

İpoteka vergisi

Çexiyada ödənilmir

İpoteka brokerinin xidmət haqqı

Kredit məbləğinin 0,3-1%-i (bəzən pulsuz)

Müştərinin həyatının sığortalanması

İldə 200-1000 avro

 

OXŞAR XƏBƏRLƏR