"Jeep Wrangler"in yeni modelinin görüntüləri yayıldı

"Jeep Wrangler"in yeni modelinin görüntüləri yayıldı
Avto 1 Noyabr 2017 15:27 1182
"Jeep Wrangler"in yeni modelinin görüntüləri yayıldı

Bu gün Jeep şirkəti yeni nəsil Wrangler yolsuzluq avtomobilinin ilk rəsmi fotoşəkillərini dərc edib.

Bildirmək gərəkdir ki, internet nəşrləri dəfələrlə yeni ofroderin renderləri internetdə yayımlayıblar. Səyyah.az turizm və avtomobil portalının xəbərinə görə bu gün dərc edilmiş fotoşəkillər renderlərin həqiqəti əks etdirdiyini bir daha təsdiq edib..

Yeni “Renqlerin” mühərrik çeşidinə 286 at qüvvəsinə malik olan 3,6-litrlik altı silindrli benzin mühərriki də daxil ediləcəkdir. Hazırda bu mühərrik Jeep Grand Cherokee modelinə quraşdırılır. Əvvəllər yeni avtomobilin dizel və hibrid güc aqreqatı ilə də təchiz ediləcəyi bildirilmişdir. Doğrudur, hibrid variant mühərrik çeşidinə sonuncu olaraq daxil ediləcəkdir. Ofroder mexaniki və səkkiz pilləli avtomatik ötürmələr qutuları ilə birgə çalışacaqdırlar.

Yeni nəsil “Renqler” modeli rama konstruksiyasını qoruyub-saxlayacaq, lakin alüminiumdan kuzova malik olacaqdır. Eyni zamanda, avtomobil bölünməyən körpülərdən də məhrum olacaqdır. Ofroderin təchiz edildiyi tam çəkiş sistemi də dəyişəcəkdir – artıq ön oxun birləşməsinə elektronika cavabdeh olacaqdır. Yeni Jeep Wrangler modeli dekabr ayının əvvəlində keçiriləcək Los-Anjeles avtosalonunda təqdim ediləcəkdir.

OXŞAR XƏBƏRLƏR