Azərbaycanda Greencard müraciətləri rekord həddə çatdı

Azərbaycanda Greencard müraciətləri rekord həddə çatdı
Xaricdə iş və miqrasiya 2 Noyabr 2017 16:44 932
Azərbaycanda Greencard müraciətləri rekord həddə çatdı

2017-ci ildə yüzlərlə azərbaycanlının, hətta bəzi məşhurların Greencard proqramı vasitəsilə ABŞ-da yaşamaq hüququ qazanması, ölkəmizdə bu proqrama ciddi maraq formalaşdırıb. 

Səyyah.az turizm və miqrasiya portalının məlumatına görə "qafqazinfo" xəbər verir ki, bu haqda Greencard Azerbaijan şirkətinin rəsmisi Royal Cəfərov məlumat verib. Bildirib ki, 2017-ci ilin may ayında qalib olan azərbaycanlıların sayı əvvəlki illərlə müqayisədə təxminən 2 dəfə çox olub. Bunun əsas səbəbi proqram haqda məlumatlı olan şəxslərin ildən-ilə artmasıdır. Burada həm şirkətimizin ölkədə apardığı məlumatlandırma prosesinin, həm də qalib gələn şəxslərin ətraf dairəsinin ciddi rolu var. Çünki daha əvvəl belə biri imkanın reallığını müzakirə edən şəxslər, yaxın qohum, tanışları artıq ABŞ-a yola düşəndə bizlə əlaqə saxlayıb müraciət etmək istədiklərini bildirirlər. Bu il hər gün 300-ə yaxın şəxs müraciət formunu tamamlayır. Bunu nəzərə alsaq üzümüzə gələn ilin May ayında azərbaycanlı Greencard qaliblərinin təxminən 1000 nəfər olacağını proqnoz edə bilərik.

Greencard proqramı nə üçün bu qədər insanın maraq obyektidir?

Çünki bu proqram ABŞ-da qanuni yaşamaq və işləmək icazəsi əldə etmək üçün ən asan yoldur. Müraciət zamanı nə ingilis dili biliyi, nə də hər hansı ödəniş tələb olunmur. Bu vəsiqəni qazanmaq üçün ABŞ dövlətinin ildə bir dəfə keçirdiyi lotoreya proqramına müraciət etmək yetərli olur və yaşından asılı olmayaraq orta məktəb təhsili olan hərkəs müraciət edə bilir. Bu səbəbdən ölkəmizdə müraciət rəqəmləri hər il artan tempdə davam edir. 90-cı illərdən bəri bütün dünyadan hər il 50.000 nəfər bu proqramla ABŞ-a köçür. Bu vəsiqənin digər üstün cəhəti də odur ki, Greencard qalibləri, Amerika vətəndaşları ilə eyni hüquqlara malik olurlar və ABŞ-da istər dövlət istərsə də özəl şirkətlərdə işləyə bilərlər.

Greencard proqramı ölkəmiz üçün nə kimi əhəmiyyətə malikdir?

Proqram birbaşa olaraq ABŞ-da qanuni şəkildə yaşayan və işləyən azərbaycanlıların artmasına xidmət edir. Vətəndaşlarımız orada öz peşəkar olduqları sahələrdə işləyə bilirlər. Xüsusilə daha yaxşı mövqelərdə çalışan Azərbaycanlıların sayının artması ABŞ kimi dünyanın aparıcı ölkələrindən birində ölkəmizin tanınmasına, ölkəmizin maraqlarının daha yaxşı müdafiə olunmasına, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına köməklik göstərir.

Müraciət etmək üçün son tarix varmı?

Builki Greencard proqramına müraciətlər 22 noyabr 2017 tarixinə qədər davam edəcək. 2018-ci ildə qalib gəlib ABŞ-a köçmək istəyənlər bu tarixə qədər müraciət etməlidirlər. Müraciət etmək üçün qısa müddətli qeydiyyat bəs edir və müraciətçilər sadəcə özləri haqda məlumatı daxil edirlər. Cavablar isə 15 may 2018 tarixindən sonra elan ediləcək. Qalib olmuş şəxslər 2018-ci ilin oktyabrından 2019-cu ilin sentyabr ayına qədər növbə ilə ABŞ səfirliyindən vizalarını alıb ABŞ-a yola düşə biləcəklər.

Proqrama qatılmaq istəyənlər necə müraciət edirlər?

Azərbaycanlı Greencard müraciətçilərinə 2011-ci ildən bəri Greencard Azərbaycan şirkəti xidmət göstərir. Müraciətlər Online qaydada Greencard.az saytından aparılır və ödənişsizdir. Həmyerlilərimiz, proqramın bütün mərhələlərində dəstəyi, vizaların alınması üçün konsultasiya xidməti, ABŞ-da ilk günlərdə adaptasiya prosesi, qarşılanma, ev, işlə təmin olunma və sair xidmətləri şirkətdən əldə edə bilərlər.

Greencard müraciətləri aşağıdakı linkdən və ödənişsiz aparılır:

www.greencard.az/welcome

Greencard müraciətçilərinin suallarına cavab tapa bilməsi üçün həm saytımızın Sual-cavab hissəsindən, həm də sosial şəbəkələr üzərindən köməklik göstəririk. Ümid edirik, bu proqram sayəsində qaliblərin artması ABŞ-da ölkəmizin daha da yaxşı təmsil olunmasına köməklik göstərək. 

OXŞAR XƏBƏRLƏR