1,5 milyon dollarlıq lüks səyahət maşını - FOTO

1,5 milyon dollarlıq lüks səyahət maşını - FOTO
Avto 3 Noyabr 2017 15:39 2445
1,5 milyon dollarlıq lüks səyahət maşını - FOTO

Bu biznes də həvəsin reallaşması istəyi ilə başlanmışdı. 1998-ci ildə amerikalı fotoqraf Bill Sveyls səyahət etmək istədiyi yerlərə rahatlıqla yollanmaq üçün off-roud tipli "təkərli ev" hazırlamaq fikrinə düşmüşdü.

Səyyah.az  turizm və avtomobil portalı AutoBild-ə istinadən bildirir ki, Dodge Ram pikapının bazasında ilk belə avtomobilini o, 2003-cü ildə hazırladı. Sonra isə satış üçün yeni maşınlar düzəltməyə qərar verdi.

Adi RV (recreational vehicles - "istirahət üçün avtombillər") tipli maşınlardan fərqli olaraq Sveyls öz "təkərli ev"lərini ("motorhome") XV (xpedition vehicles, "ekspedisiya avtomobilləri) adlandırır.

Çünki EarthRoamer markalı avtomobillər kempinqlərdən asılı deyillər, uzunmüddətli səyahət üçün tam yararlıdır.

ABŞ-ın Kolorado ştatındakı Dakono şəhərindəki EarthRoamer şirkətinin indiyədək istehsal etdiyi ən böyük maşın Ford F-550 yük avtomobilinin bazasında hazırlanmış, uzunu 8,8 metr olan  EarthRoamer XV-LTS idi.

OXŞAR XƏBƏRLƏR