Azərbaycanda burun əməliyyatları neçəyədir? – QİYMƏT CƏDVƏLİ

Azərbaycanda burun əməliyyatları neçəyədir? – QİYMƏT CƏDVƏLİ
Sağlıq 6 Noyabr 2017 21:38 66186
Azərbaycanda burun əməliyyatları neçəyədir? – QİYMƏT CƏDVƏLİ

Rinoplastika – burun estetistikası ölkəmizdə ən çox müraciət edilən estetik əməliyyat növüdür. Dik, qələmlə çəkilmiş qədər dəqiq, nar dənəsi qədər bir-birinin eyni olan burunlar da bunu təsdiqləyir. Burun estetitikasına önəm verən xalqlar arasında olduğumuz üçün bu əməliyyatın risklərini və maddi tərəflərini o qədər də çox düşünmürük. Əksər qadınlar nəyin bahasına olur-olsun əyri burunla yaşamaq istəmirlər. Və bu amil estetik əməliyyatları tibb müssisələri üçün gəlirli biznesə çevirib.

 

Səyyah.az saytı estetik əməliyyatların ən geniş yayılmış bu növünə görə tibb ocaqlarının tələb etdiyi qiymətlərlə bağlı kiçik bir araşdırma apardı.

 

Məlum oldu ki, hazırda Bakıda estetik əməliyyatı onlarla klinika həyata keçiririr. Ən geniş yayılmış plastik əməliyyatlar da burunun korreksiyasıdır. Klinikaların bir çoxunda bunun üçün xüsusi paketlər təklif olunur. Buraya əməıiyyatla yanaşı analiz xərcləri, klinikada qalmaq (adətən 1 gün), yemək,  tibbi xidmətlər də daxildir. Bəzi klinikalarda isə analizlər ayrıca ödənilir.

 

Əksər klinikalarda burun əməliyyatlarının qiyməti fərdi olaraq, müayinə zamanı aşkarlanan problemlərə görə təyin edilir.  Bununla belə, bəzi kliniklardan öyrəndiklərimiz əsasında, o cümlədən yaxın aylarda əməliyyat keçirmiş vətəndaşların rəylərinə əsasən kiçik bir cədvəl hazırladıq.

 

Tibb Ocağı

Həkimlər

Qiymətlər

Xətai Estetik Klinikası

2000 AZN

Türk həkim

Mərkəzi Gömrük Hospitalı

1100-1800 AZN

Azərbaycanlı həkim

Mərkəzi Neftçilər Xəstəxanası

1100-1500 AZN

Azərbaycanlı həkim

Mərkəzi Klinika

1300 AZN

2500-3000 AZN

Azərbaycanlı həkim

Türk Həkim

Vital Klinika

1200-1300 AZN

Azərbaycanlı həkim

Xətai Estetik Klinikası

1800-2000 AZN

Türk həkim

Modern Hospital

1300-1500 AZN

Azərbaycanlı həkim

HB Güvən Klinikası

2000-6000 AZN

Azərbaycanlı həkim

Turan Klinikası

1200-1400 AZN

Azəraycanlı həkim

Nəsrəddin Tusi Klinikası

900-1300 AZN

Azərbaycanlı həkim

İstanbul Klinikası

1200

Azərbaycanlı həkim

Xəzər Klinikası

1100-1200

Azərbaycanlı həkim

Medera Hospital

1200-2000

Azərbaycanlı həkim

Bakı Tibb Mərkəzi

1500-1600

Azərbaycanlı həkim

Qələndər Plastik və Rekonstruktiv Klinikası

1000

Azərbaycanlı həkim

Oksigen Klinikası

1400

Azərbaycanlı həkim

Baku Medical Plaza

1100-1700

Azərbaycanlı həkim

 

Qeyd edək ki, bəzi klinikalarda əməliyyat öncəsi aparılan  analiz və digər tibbi prosedurlar üçün təyin eidlmiş qiymətlər əməliyyat qiymətinə aid edilmir. Bunun üçün ayrıca ödəniş etmək lazım gəlir.

Məlumat üçün bildirək ki, plastik əməliyyatlar statistikasının dəyişməz lideri Amerikadır. İkinci pillədə Braziliya, 3-cü yerdə Meksika qərarlaşıb. 4-cü və 5-ci yeri müvafiq olaraq İtaliya və Çin tutur. Xüsusilə də Çin tibbi turizmdən milyarlarla dövriyyəsi olan gəlirə sahibdir. Bu ölkədə sadəcə tibbi turizm üçün plastik cərrahiyyədə ixtisaslaşmış 20 min xəstəxana var.

OXŞAR XƏBƏRLƏR