Bu ərzaqlar dərmanı əvəz edə bilər

Bu ərzaqlar dərmanı əvəz edə bilər
Sağlıq 8 Noyabr 2017 08:51 54
Bu ərzaqlar dərmanı əvəz edə bilər

 

Məlumdur ki, bir neçə əsrlər bundan əvvəl dərman bugünkü qədər bol və müxtəlif çeşidli olmayıb. Hazırda hər bir aptekdə demək olar ki bütün xəstəliklərə qarşı dərman tapmaq mümkündür. Alimlərin bu günədək hələ də üzərində işlədikləri yeganə dərmanlar QİÇS və onkoloji xəstəliklərə qarşı olanlardır.

 Səyyah.az turizm və sağlıq portalı AZƏRTAC-a istinadla xəbər verir ki, düzgün qidalanma üzrə ekspertlər yüzlərlə dərman almaq əvəzinə evdə soyuduyuca baxıb “müalicə almaq” mümkün olduğunu təsdiq ediblər. Hər bir evdə olan ərzaq məhsulları orqanizmin qoruyucu funksiyalarını möhkəmləndirmək xassəsinə malikdir ki, bu da müxtəlif xəstəliklərin inkişafının qarşısını alır.

Bütün sirr ondadır ki, adi ərzaq məhsulları orqanizmi sərbəst radikal və toksinlərdən təmizləmə xüsusiyyətlərinə malik antioksidantlar və digər köməkçi maddələrlə zəngindir. Alimlər təsdiqləyirlər ki, antioksidantlar insan orqanizmində xərçəng hüceyrələrinin yaranmasının qarşısını almaq, hətta əmələ gəlmiş belə hüceyrələrlə mübarizə aparmaq xassəsinə malikdirlər.

Bununla yanaşı, antioksidantların köməyi ilə insan ateroskleroz, şəkərli diabet, qocalıq demensiyası və digər xəstəliklərin qarşısını almaqla öz qocalığının qeydinə qala bilər.

Bəzi ərzaqlar dərmanı əvəz edə bilər. Bunlara ədviyyat, kakao, şokolad, treska balığının qaraciyəri, çuğundur, pomidor, kələmin bütün növləri, göyərti, nar, zəncəfil kökü, sarımsaq, yaşıl çay və kök aiddir.

Bu ərzaqlar qan dövranını yaxşılaşdıran, damarları təmizləyən, immuniteti möhkəmləndirən, viruslu infeksiyaların, xərçəng hüceyrələrinin inkişafının qarşısını alan, qaraciyərin bərpasına kömək edən və s. xüsusiyyətlərə malikdir.

OXŞAR XƏBƏRLƏR