İş səyahətlərində nələr qazana bilərsiniz?

İş səyahətlərində nələr qazana bilərsiniz?
Təhsil və karyera 9 Noyabr 2017 13:52 51
İş səyahətlərində nələr qazana bilərsiniz?

 

İş üçün nə zaman səyahət edib-etməyəcəyinizə necə qərar verirsiniz. Məsələn bir konfrans gördünüz və qatılmaq istəyirsiniz və ya işçilərinizdən biri qatılmaq istəyir.

Konfrans ən bəsit mənada bir təlim fürsəti olaraq görülə bilər. Hətta mövcud sektordakı əlaqələrinizi genişləndirmək üçün sizə fürsət qazandıra bilər. Lakin ağıllı bir biznesmen bu səyahətdən bir qazanc əldə etməyi düşünür. Bu o deməkdir ki, bir iş səyahətinə hazırlaşarkən səyahət sonrasını da planlayır.

Özünüzün getmək istədiyi və ya işçinizi göndərməyi düşündüyünüz bir səyahətdən öncə aşağıdakı suallar üzərində düşünməlisiniz :

1. Tədbirə və ya iclasa sizin şirkətdən başqa kimlər qatılır? Tədbir əsnasında əlaqə quracağınız insanların siyahısını hazırlayın.

2. Tədbirə qatılan şirkətləri, şirkətin rolunu və tarixini araşdırdınızmı?

3. Qatılacağınız tədbir xaricində gedəcəyiniz şəhərdə müştəri əlaqələrini gücləndirmək üçün nəsə fikirləşdinizmi ?

4. Bu fəaliyyətiniz nəticəsində satışlarınız artacaqmı və ya şirkətinizə potensial iş fürsətləri yaradacaqmı ?

Səyahətdən sonra planlaşdırma :

1. Tanıdığınız yeni insanlara göndərməli olduğunuz əlavə bir məlumat, təklif və ya təşəkkür mesajınız varmı ?

2. Marketinq şöbəsində çalışan yeni tanıdığınız insanlara şirkətinizlə bağlı təqdimat məktubu göndərdinizmi?

3. Qatıldığınız tədbirdə yeni tanıdığınız kiməsə hər hansı bir məsələ  ilə bağlı kömək etmək sözü vermisinizsə bu sözü yerinə yetirdinizmi ?

4.  Rəqib şirkətlər haqqında hansı məlumatları topladınız ?

5. Bu səyahətinizlə bağlı nələri reallaşdırdınız , maksimum nəticə üçün nələri inkişaf etdirməlisiniz ?

Ümumilikdə tədbirlər və ya konfranslar yarım sosial fürsətlər olaraq qiymətləndirilir. Buna görə də nə tədbirləri tamamilə səssizcə izləməlisiniz, nə de yeni tanış olduğunuz insanlara dərhal nə isə satmağa çalışmalısınız.

İş səyahətlərinə şirkətinizin daxilindəki digər normal fəaliyyət kimi yanaşmalısınız. Səyahətə başlamadan öncə bir məqsədiniz və planınız olmalıdır.  Daha sonra planı reallaşdırmalısınız. Səyahətə tətil olaraq deyil, iş olaraq yanaşsanız maksimum nəticəəldə edə bilərsiniz.

 

OXŞAR XƏBƏRLƏR