Bakıda yarımtikili binadan ev almaq neçəyədir? – QİYMƏTLƏR

Bakıda yarımtikili binadan ev almaq neçəyədir? – QİYMƏTLƏR
Əmlak 10 Noyabr 2017 14:15 1515
Bakıda yarımtikili binadan ev almaq neçəyədir? – QİYMƏTLƏR

Hazır mənzildən fərqli olaraq Bakıda yarımtikili binadan ev almaq ucuz başa gəlir. Bu da yarımtikili binalarla bağlı risklərin olması ilə bağlıdır.

  Bununla belə vətəndaşların bir qismi qiyməti nəzərə alaraq yarımtikili binadan ev almağa üstünlük verirlər. Səyyah.az turizm və əmlak portalı xəbər verir ki, fins.az daşınmaz əmlak bazarında yarımtikili binalar üzrə mənzillərin qiymətini araşdırmağa çalışıb.

Daşınmaz əmlak agenti Samir Nəzərov bildirib ki, yerləşmə ərazisindən və tikintinin səviyyəsindən aslı olaraq belə evlərin də qiyməti kv.m üzrə 1000-1800 manat arasında dəyişir. O bildirib ki, hazırda yarımtikili binalar daha çox Bakının, Nəsimi, Xətai, Səbail və Nərimanov rayonlarındadır.

Ə ucuz belə mənzillər isə Bakının Səbail rayonunda satılır. Belə ki, Bayıl qəsəbəsi ərazisində 9-10 mərtəbə səviyyəsində tikilən binadan ev sifarişi hazırda kv.m üzrə 1000-1400 manat təşkil edir.

S.Nəzarov bildirib ki, yarımtikili binalar üzrə ən baha evlər isə Xətai rayonunda təklif edilir. Burada 4-5 mərtəbə tikilən binada mənzillərin qiyməti kv.m üzrə 1350-1800 manat təşkil edir.

Rayonlar

 

Yarım tikili binalar üzrə

( kv.m/AZN)

Tikintinin həcmi

Səbail

1000-1400 AZN

9-10 mərtəbə

Nərimanov

1200-1700 AZN

2-3 mərtəbə

Nəsimi

1300-1800 AZN

4-5 mərtəbə

Xətai

1350-1800 AZN

4-5 mərtəbə

 

OXŞAR XƏBƏRLƏR