Prezident 301 nəfərə vətəndaşlıq verdi - ANDİÇMƏ MƏRASİMİ

Prezident 301 nəfərə vətəndaşlıq verdi - ANDİÇMƏ MƏRASİMİ
Xaricdə iş və miqrasiya 12 Noyabr 2017 17:26 2717
Prezident 301 nəfərə vətəndaşlıq verdi - ANDİÇMƏ MƏRASİMİ

Dövlət Miqrasiya Xidmətində (DMX) Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpa edilmiş şəxslərin təntənəli andiçmə mərasimi keçirilib. Seyyah.az-ın məlumatına görə, Prezident İlham Əliyevin sərəncamlar ilə 301 şəxs Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpa edilib.

 

Xidmətdən seyyah.az -a bildiriblər ki, bu münasibətlə keçirilən tədbirdə Azərbaycanda qazanılan uğurlar, ölkədə sabitliyin, tolerantlığın təmin edildiyi barədə məlumat verilib. Bildirilib ki, ölkədəki siyasi sabitlik, təhlükəsizlik, miqrantların hüquq və azadlıqlarının qorunması, millətlərin və xalqların, ayrı-ayrı dinlərin nümayəndələrinin, dillərin daşıyıcılarının bir yerdə dinc yanaşı yaşaması xaricdə Azərbaycana böyük maraq yaradıb. Ona görə də Azərbaycanda yaşamaq, işləmək, təhsil almaq, xüsusilə ölkəmizin vətəndaşı olmaq istəyənlərin sayı ildən-ilə artır.

 

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2008-ci il 6 mart tarixli Fərmanına müvafiq olaraq Dövlət Miqrasiya Xidmətinin vətəndaşlıq məsələlərində iştirakı təmin edilib.

 

Sonra vətəndaşlığa qəbul olunan 294 və bərpa edilmiş yeddi şəxs təntənəli şəraitdə Azərbaycanın dövlət bayrağı önündə Konstitusiyaya əl basaraq Azərbaycanın dövlət dilində ölkəmizə sadiq olacaqları barədə and içiblər.

Qeyd edək ki, andiçmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Qanun”a 2014-cü il 30 dekabr tarixdə əlavə edilmiş yeni məzmunda 15-1-ci maddəyə əsasən keçirilir. Xatırladaq ki, and içən Azərbaycan Respublikasının vətəndaşı andın mətnini imzalayır və bu sənəd Dövlət Miqrasiya Xidmətində saxlanılır.

Tədbir dövlət himninin ifası ilə yekunlaşıb.

OXŞAR XƏBƏRLƏR