Avstraliyada vətəndaşlıq almaq – QAYDALAR

Avstraliyada vətəndaşlıq almaq – QAYDALAR
Xaricdə iş və miqrasiya 13 Noyabr 2017 11:01 4540
Avstraliyada vətəndaşlıq almaq – QAYDALAR

  Avstraliya vətəndaşlığını bir neçə üsullu əldə etmək olar. Bəzi hallarda vətəndaşlıq avtomatik verilir. Bəzi hallarda isə vətəndaşlığı qazanmaq lazımdır.

Səyyah.az turizm və miqrasiya portalı xəbər verir ki, bundan başqa adı çəkilən ölkə emiqrantlara xüsusi tələblər irəli sürür.Bu ölkənin pasportunu alan şəxslər Avropa birliyi ölkələrinə ABŞ-a və Kanadaya vizasız səfər edə bilərlər. Bundan başqa Avstraliya vətəndaşlarına ikili vətəndaşlıq icazəsi verilir. Lakin bu ölkənin vətəndaşı olmaq elə də asan deyil.

İmmiqrantlara olan tələblər

Avstraliya vətəndaşlığını almaq üçün 4 il ardıcıl olaraq qanuni şəkildə bu ölkədə yaşamaq lazımdır.

Bu ölkədə olan zaman immiqrant 3 aydan çox bu ölkəni tərk etməməlidir

Bu ölkənin rəsmi dili İngilis dilidir. Ona görə ingilis dilindən imtahan vermək lazım olacaq. İmtahan kompyuter vasitəsi ilə həyata keçirilir.

Vətəndaşlıq almaq istəyən şəxslər bu ölkənin qanunlarını bilməlidir

İmtahanlardan 75% suala düz cavab verməlidir

İmtahan 18-60 yaş arası insanlar arasında keçirilir

Avstraliya vətəndaşlığına müraciət bir neçə üsulla ola bilər

Şəxsən bu ölkənin səfirliyinə yaxınlaşıb sənədləri təqdim etmək

Kuryer xidmətlərindən istifadə etməklə

İnandığınız şəxs vasitəsi ilə sənədləri göndərmək

Online müraciət etmək olar. Bunun üçün 1300t adlı online formanı doldurmaq lazımdır. Bu 18-60 yaş arası insanlara şamil edilir. Yaşı 18-dən aşağı olanlara və ya 60-dan çox olanlar isə 1290 adlı formanı doldururlar.

Hansı qaydalar əsasında bu ölkənin avtomatik vətəndaşlığını almaq olar?

Bu ölkədə anadan olmaqla

Yeni anadan olan uşağın anası və ya atası bu ölkənin vətəndaşı olduğu halda

Qeyd edək ki, bu ölkədə vətəndaşlıq almaq üçün ilk növbədə  daimi yaşayış icazəsi almaq lazımdır. Bunun üçün bu ölkədə işləmək, təhsil almaq və ya bu ölkəyə investisiya yatırmaq lazımdır.

İş immiqrasiyası

Bu ölkədə immiqrantlar iş əldə etmək üçün ali təhsil haqqında diplomun olması yetərli deyil. Bunun üçün ilk növbədə iş təcrübənizi sübut edəcək rəsmi sənədiniz olmalıdır. Bundan başqa bu ölkənin dilini bildiyini sübut etməlisiz(ingilis dili). Bunun üçün İELTS -dən ən azı 60 xal toplamaq lazımdır. Bundan başqa müraciət edən şəxsin peşəsi bu ölkədə ehtiyac olan peşələrdən olmalıdır.

Daha çox tələb olunan peşə sahibləri

Mühəndis

İstehsal üzrə menecer

Buğalter

Maliyyəçilər

Arxitektorlar

Elektriklər

Kənd təsərrüfatı işçiləri

Elm işçiləri

Veterenerlar

Müəllimlər

Həkimlər

Vəkillər

Avtomobil texnikləri

Aşbazlar

Biznes yolu ilə immiqrasiya

Biznes yolu ilə bu ölkəyə gəlmək üçün ya burada çalışan tərəfdaş şirkətiniz olmalı ya da özünüz bu ölkədə biznes açmalısız. Bu zaman biznesmen rəsmi sənədlər əsasında sübut etməlidir ki, onun illik dövriyyəsi 500 min dollardan az deyil. Həmçinin biznesmenin yaş göstəricisi 55-dən çox olmamalıdır. Lakin bu da hələ son deyil açdığınız şirkət müvəqqəti yaşamaq üçün namizədliyinizi irəli sürmək üçün minumum iki il bu ölkədə yaşayıb iş fəaliyyəti göstərmək lazımdır. Bundan başqa iki nəfər də yerli vətəndaş biznesmenin şirkətində çalışmalıdır. Bu şəxslər biznesmenin qohumları ola bilməz.

Təhsil immiqrasiyası

Avstraliya hökuməti bu ölkədə təhsil alan şəxslərə üstünlük verir. Bunun üçün ilk növbədə Avstraliya iki il təhsil almaq lazımdır. Ən azı iki təhsil alan şəxslər işə götürülərkən onlardan iş təcrübəsi tələb olunmur. Həmçinin bir çox sənədlər də tələb olunmur. Təhsil alan şəxs sənədlə sübut etməlidir ki, onun Avstraliyada yaşamaq və təhsil almaq üçün yetərli sayda maddi vəsaiti var. Bundan başqa tələbənin mütləqdi ki, tibbi sığortası olmalıdır.  /fins.az/

OXŞAR XƏBƏRLƏR