Dietasız arıqlamaq üçün – 15 ÜSUL

Dietasız arıqlamaq üçün – 15 ÜSUL
Sağlıq 13 Noyabr 2017 11:28 1998
Dietasız arıqlamaq üçün – 15 ÜSUL

Üzücü dietaların köməyilə arıqlamaq çox ağırdır. Seyyah.az  turizm və sağlamlıq portalı artıq çəkini sadə yolla azaltmağın üsullarını təqdim edir.

 

1. Qidalanma gündəliyi tutun

Siz gün ərzində nə yediyinizi dəqiqliklə ya gündəliyə, ya da smartfondakı xüsusi əlavəyə yazmalısınız. Bu üsulla siz istifadə etdiyiniz kalorilərin təqribi həcmini hesablaya biləcəksiniz. Vacib deyil ki az yeyəsiniz. Sadəcə məsləhət üçün dietoloqa müraciət edin. O sizin yazılarınızı analiz edəcək və lazım gələrsə, qidanı necə dəyişməyi məsləhət görəcək.

 

2. Yeməyi telefonla deyil, adamlarla yeyin

Bəziləri yemək yeyərkən telefonla məşğul olurlar – seriala baxır və ya musiqiyə qulaq asırlar. Amerikanın klinik qidalanma jurnalının hesabatına görə, adam yediyinə fikir verməyəndə yenidən nəsə yemək istəyir. Bundan başqa, elə həmin hesabat göstərir ki, tənha adamlar nigahda olanlarla və ya başqa adamlarla birlikdə yaşayanlarla müqayisədə daha az tərəvəz yeyirlər.

  

3. Fitnes üçün diyirsəkdən istifadə edin

Əlbəttə, diyircək sizə idman zalındakı məşqi əvəz etmyəcək, amma o sizin bədəninizi daha çevik edəcək, üstəlik məşqdən s onrakı əzələ ağrılarından canınızı qurtaracaq.

 

4. Yavaş-yavaş yeyin

Tələsməyin,  yeməyin ətrindən və dadından zövq alın. Yavaş yemək sizə imkan verəcək ki, qidanı yaxşı çeynəyəsiniz, orqanizm isə onu daha yaxşı həzm edib faydalı maddələri mənimsəyəcək.

 

5. Yaxşı yatıb yuxunuzu alın

İdealda insan gün ərzində 7-9 saat yatmalıdır. Məktəb.ə, universitetdə oxuyanda və ya ağır işdə işləyəndə buna etmək asan deyil, amma lazımdır. Yuxusuz qalmaq orqanizm üçün əlavə stress və pis əhval-ruhiyyənin səbəbidir.

 

6. Çoxlu su için

Bizim orqanizmimiz sudan ibarətdir və hər gün su itirir. İtirilən suyu bərpa etmək üçün kişilər gündə 13 stəkan, qadınlar isə 9 stəkan su içməlidirlər.

 

7. Çoxlu tərəvəz yeyin

Tərəvəzlər bizi ürək xəstəliklərindən və xərçəngin bəzi növlərindən qoruyur. Üstəlik onlarda çoxlu sayda vitamin, qidalı maddələr var, kalori isə azdır. Ona görə də yemək yeyən zaman birinci tərəvəz yeyin, yalnız bundan sonra daha kalorili və zülallı yeməklərə keçin.

 

8. Psixoloq seansına gedin

Hər bir insan nəyə görəsə fikir edir. Mənfi emosiyalar toplanır və orqanizmə zərbə vurur. Psixoloqla saens psixoloji gərginliyi götürəcək və siz hiss edəcəksiniz ki, bu dəyişiklik sizin sağlamlığınıza necə təsir etdi.

 

9. Əzələlərinizi oynadın və ya sadəcə gəzin

İnsanların əksəriyyəti oturaq işlərdədir. Nəticədə qan dövranı zəifləyir. İdeal variant odur ki, idman zalında məşq edəsiniz, Bunu edə bilmirsinizsə, sadəcə yüngül gimnastika etmək, yoqa ilə məşğul olmaq və ya gəzişmək lazımdır.

 

10. İş yerinə yeməyi evdən aparın

Kafe və restoranlarda yemək sağlam olmaya bilər. Ən yaxşısı sadə ərzaqlardan öz əlinlə nahar hazırlamaqdır. Siz bununla qidanın həcmini nəzarətdə saxlayar, həm də qənaət edə bilərsiniz.

 

11. Darıxmaqdan yeməyin

Öz bədəninizi hiss etməyi öyrənin. Və sadəcə darıxdığınıza görə deyil, doğrudan da ehtiyac olanda yeyin.

 

12. Meyvələri yeyin, içməyin

Bəziləri bədinindəki vitamin qıtlığını meyvələrinin özünün əvəzinə meyvə şirələri ilə doldurmağa üstünlük verirlər. Əslində isə meyvədəki faydalı maddələrin ən yaxşı halda yarısı şirədə qalır. Meyvə şirəsi şəkərli suya daha çox bənzəyir. Ona görə də şirə içməkdənsə təzə meyvələrə üstünlük verin.

 

13. Meditasiya edin

«Xaffinqton post»un məlumatlarına görə, meditasiya arterial təzyiqi aşağı salır, həyacanı azaldır və sizi daha çevik edir.

 

14. Sauna və ya hamama gedin

Özünüz üçün su prosedurları yaradın. Saunada davarlar genişlənir, qan bədəndə daha yaxşı işləyir. Üstəlik, siz çoxlu tərləyib əraqlayacaqsınız.

 

15. Yeməyin həcmini bir qədər azaldın

Professor-dietoloq Mariona Nestlenin sözlərinə görə, böyük yemək porsiyaları bizi çox yeməyə həvəsləndirir. Özünüzü vizual olaraq aldatmağa çalışın və boşqaba dünənkindən daha az yemək çəkin.

OXŞAR XƏBƏRLƏR