Tələbələrə özəl endirim! – Azərbaycan turizm forumu

Tələbələrə özəl endirim! – Azərbaycan turizm forumu
Təhsil və karyera 13 Noyabr 2017 14:44 1037
Tələbələrə özəl endirim! – Azərbaycan turizm forumu

Noyabrın 25-də keçiriləcək Azərbaycan Turizm Forumu giriş biletlərində tələbələr üçün endirim elan edib.

  Səyyah.Az turizm və təhsil portalı xəbər verir ki, Azərbaycan Turizm və Menecment Universitetinin bütün tələbələrinə və eyni zamanda digər Universitetlərin yalnız Turizm ixtisası üzrə təhsil alan tələbələrinə biletin qiyməti 20 AZN deyil, 15 AZN təşkil edəcək.

Bunun üçün 

http://turizmforumu.az/#bilet keçid edərək, sifariş verdiyiniz zaman, şirkət bölməsinə #turizmtələbəsi qeyd etməyiniz tələb olunur. Bundan başqa tələbələrin forum zamanı tələbə biletlərini də qeydiyyata gətirməsi mütləqdir.

Qeyd edək ki, Səyyah.Az turizm portalı Azərbaycan Turizm Forumu 2017-nin media tərəfdaşıdır. İzləyicilərimiz bu forumla bağlı yeni informasiyaları saytımızdan oxuya bilər.

 

OXŞAR XƏBƏRLƏR