Qəzvin-Rəşt dəmir yolu gələn ilin martında istifadəyə veriləcək

Qəzvin-Rəşt dəmir yolu gələn ilin martında istifadəyə veriləcək
Avto 14 Noyabr 2017 09:26 2001
Qəzvin-Rəşt dəmir yolu gələn ilin martında istifadəyə veriləcək

İranın Qəzvin və Rəşt şəhərlərini birləşdirən dəmir yolu 2018-ci il martın sonunda istifadəyə veriləcək.

 

Səyyah.az turizm portalı xəbə verir ki, bu barədə məlumatı İranda ingilis dilində nəşr olunan “Financial Tribune” qəzeti yayıb.

Qəzet İranın Büdcə və Planlaşdırma Təşkilatının rəhbəri Mohəmməd Baker Nəbahətə istinadən yazır ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşdırılmasında əsas rol oynayacaq Qəzvin-Rəşt yolunun tikintisinin davam etdirilməsi üçün kifayət qədər maliyyə vəsaiti ayrılıb. Xəbərdə qeyd olunur ki, Qəzvin-Rəşt dəmir yolu Astara şəhərinə kimi çəkiləcək və Azərbaycan ilə Rusiyanın dəmir yolları sistemlərinə birləşdiriləcək. Bu yolla Hindistandan Finlandiyaya daşınan yüklər İran və Azərbaycan ərazisindən keçməklə daşınacaq. Qəzet qeyd edir ki, Qəzvin-Rəşt dəmir yolunun davamı olan Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xətti isə dekabrda istismara veriləcək. /azərtac/

OXŞAR XƏBƏRLƏR