Tarixinin ən güclü avtomobilini istehsal etdi-FOTO

Tarixinin ən güclü avtomobilini istehsal etdi-FOTO
Avto 14 Noyabr 2017 09:44 1839
Tarixinin ən güclü avtomobilini istehsal etdi-FOTO

General Motors, tarixinin ən güclü seriyalı istehsal vasitəsi Corvette avtomobilini istehsal edib.


 
  Səyyah.az turizm və avtomobil portalı marjaya istinadən xəbər verir ki, 2019 Chevrolet Corvette ZR1 modeli 755 at gücündədir və 6.2 litrlik mühərrikə malikdir. Avtomobilin son sürəti isə 338 km/saatdır.  
 Chevrolet Corvette ZR1-in at gücü Lamborghini Aventador, Ferrari 488 GTB və Ford GT-dən daha çoxdur.  ZR1-də  7 pilləli mexaniki və ya  8 pilləli avtomatik seçimlər olacaq. Beləliklə, ilk dəfə bir ZR1 seriyasında avtomatik sürət qutusundan istifadə edilməyə başlanacaq. 
 Avtomobilin qiyməti hələ məlum deyil. Bazara çıxış tarixi isə 2018-ci ilin yay ayları olacaq.

 

OXŞAR XƏBƏRLƏR