“Gənc Bələdçi” Məktəbi keçiriləcək

“Gənc Bələdçi” Məktəbi keçiriləcək
Təhsil və karyera 15 Noyabr 2017 11:29 908
“Gənc Bələdçi” Məktəbi keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, “İRƏLİ” İctimai Birliyinin və Milli Turizm Təbliğat Bürosunun təşkilati dəstəyi ilə AzGF-nun 10-cu qrant müsabiqəsinin qalibi Səmayə İbrahimovanın rəhbəri olduğu “Gənc Bələdçi” məktəbi layihəsinə start verilir.

 Səyyah.az turizm və təhsil portalı xəbər verir ki, bələdçilik fəaliyyəti ilə məşğul olan gənclərin bu sahədə bacarıqlarının artırılması, onların məşğulluluğunu təmin etmək, region gənclərinin bu fəaliyyətə sövq edilməsi, ixtisaslı kadrlarla müxtəlif rayonlarda region gənclərinin görüşünü təşkil etmək, ekoloji düşüncənin artırılması, sağlam həyat tərzinin aşılanması layihənin əsas məqsədlərindəndir. Həmçinin macəra turizminin və eko-turizmin inkişaf etdirilməsində gənclərin rolunun artırılması, bu sahədə çalışan, maraqlı olan gənclərdən ibarət şəbəkə yaratmaq və onları maarifləndirmək layihənin əsas götürdüyü məqsədlərdəndir.

Layihə çərçivəsində turistlərlə davranış mədəniyyətini yüksəltmək, bu sahəyə diqqətin artırılması, Azərbaycanda ekoturizm, dağ turizmi, macəra turizmi, kənd turizminin inkişaf etdirilməsinə dəstək, həmçinin regionlarda fəaliyyət göstərən həvəsli bələdçilərin kəşf edilməsi və maarifləndirilməsi, ekspertlərlə görüşlərdə və xüsusi seminarlarda gənclərin maarifləndirilməsi, ekskursiyalar vasitəsilə praktik biliklərin artırılması, layihənin davamlılığı üçün iştirakçıların daimi şəbəkəsinin formalaşdırılması, infoturların keçirilməsi nəzərdə tutulub. Nəzəri və maarifləndirici sessiyalarla yanaşı əyləncəli fəaliyyətlər, mədəni—tarixi abidələrə infotur, İlisu kəndi ərazisindəki Ramramay şəlaləsinə yürüş keçiriləkdir.

İplə eniş və digər ekstremal fəaliyyətlər də proqramda yer alır. Layihə Qax rayonunda keçiriləcəkdir. Beləliklə, “Gənc Bələdçi”məktəbi layihəsinin reallaşması yüzlərlə gəncin bu sahədə maariflənməsinə səbəb olacaq. /SalamNews /

OXŞAR XƏBƏRLƏR