"Azərbaycanda əməliyyat olunmayın" çağırışına - NAZİR MÜAVİNİNDƏN CAVAB

"Azərbaycanda əməliyyat olunmayın" çağırışına - NAZİR MÜAVİNİNDƏN CAVAB
Sağlıq 15 Noyabr 2017 11:32 1333
"Azərbaycanda əməliyyat olunmayın" çağırışına - NAZİR MÜAVİNİNDƏN CAVAB

Səhiyyə nazirinin müavini Elsevər Ağayev ABŞ Dövlət Departamentinin Azərbaycana səfər edən vətəndaşlarına burada əməliyyat olunmamaq və apteklərdən dərman almamaq barədə tövsiyəsinə münasibət bildirib.

 Səyyah.az turizm və sağlıq portalı apa-ya istinadən xəbər verir ki, E. Ağayev deyib ki, bu, ABŞ Dövlət Departamentinin öz seçimidir. 

“Hər bir halda Azərbaycanda yaşayan ABŞ və digər ölkələrin vətəndaşları Azərbaycanın səhiyyə sistemindən faydalanırlar. Dünyada elə bir əməliyyat yoxdur ki, Azərbaycanda həyata keçirilməsin. Bu gün Azərbaycanda özəl tibb müəssisələrinin də sayı artmaqdadır. Azərbaycanda bu gün 875 özəl tibb müəssisəsi, 2300-dən artıq əczaçılıq müəssisəsi fəaliyyət göstərir”, - deyə nazir müavini qeyd  edib.

OXŞAR XƏBƏRLƏR