Məktəblilərin payız tətili başlayıb

Məktəblilərin payız tətili başlayıb
Təhsil və karyera 16 Noyabr 2017 09:14 685
Məktəblilərin payız tətili başlayıb

Bu gündən 2017-2018-ci dərs ilinin ilk - payız tətili başlayıb. 

 Səyyah.az turizm və təhsil portalının məlumatına görə, tətil 16-20 noyabr tarixlərini əhatə edəcək. Belə ki, 5 günlük payız tətilindən sonra məktəblilər noyabrın 21-də dərsə gedəcəklər. 

Qeyd edək ki, bu tədris ilində şagirdlər üçün payız tətili ilə yanaşı, 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may) olacaq. Həmçinin Yeni il və Novruz bayramı günləri ilə əlaqədar ölkədə qeyri-iş günləri hesab edilən günlərdə məktəblilər dərsə getməyəcəklər.

OXŞAR XƏBƏRLƏR