Avstriyadan ən çox sığınacaq istəyən millətlər - AÇIQLANDI

Avstriyadan ən çox sığınacaq istəyən millətlər - AÇIQLANDI
Xaricdə iş və miqrasiya 17 Noyabr 2017 23:44 1025
Avstriyadan ən çox sığınacaq istəyən millətlər - AÇIQLANDI

Ötən il Avstriyadan sığınacaq istəyən qaçqınların sayı iki dəfə azalaraq, 42 min 73 nəfər təşkil edib. Seyyah.az turizm portalı xəbər verir ki, Avropaya qaçqın axınının ən güclü olduğu 2015-ci ildə bu ölkədə sığınacaq üçün müraciət edən şəxslərin sayı təxminən 90 min nəfər olmuşdu.

Sığınacaq üçün müraciət edənlərin sayının kəskin azalmasında qaçqınların əsas hərəkət yolu olan Balkan marşrutunun bağlanması və Türkiyə ilə uğurlu əməkdaşlıqla yanaşı, Avstriya hökumətinin tətbiq etdiyi məhdudiyyətlər də böyük rol oynayıb. Hökumətin qərarına əsasən, il ərzində sığınacaq üçün müraciət edənlərin yuxarı həddi kimi 37 min 500 nəfər müəyyən edilib. Ötən il sığınacaq üçün ərizə verən şəxslərin 36 min 30 nəfərinin ərizələri baxılmaq üçün qeydiyyata alınıb. Ən yuxarı hədd keçildikdə sərhəddə saxlanılan qaçqınların ölkə hüdudları daxilinə buraxılmamasına dair hökumətin qərarı hələ də qeyri-hökumət təşkilatlarının və beynəlxalq qurumların tənqid hədəfindədir.

Avstriyada sığınacaq üçün müraciət edən şəxslərin əsas hissəsi ənənəvi olaraq Əfqanıstan, Suriya, İraq, Pakistan və İran vətəndaşlarıdır.

OXŞAR XƏBƏRLƏR