Hər kəsdən uzaq bir yer..

Hər kəsdən uzaq bir yer..
Şəxsi təcrübə 17 Noyabr 2017 10:33 1155
Hər kəsdən uzaq bir yer..

Bəzən deyirlər e, meşənin içində bir ev olardı, internet filan olmazdı, rahat 1 ay yaşayardım.

 Hələ bir şəklini də paylaşırlar xəyal etdikləri evin. Sizə elə bir yer tapmişam. Amma qıraq-bucağını bəzəyəcəm. Bir həftə meşədə, bir həftə okean sahilində qalacaqsınız. Deməli, AirArabia şirkəti ilə Bakı-Kolombo-Bakı istiqamətinə bilet alırsınız. Koloumbo Şri Lankanın paytaxtıdır. Uçuş isə Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhəri üzərindən olacaq. Səyyah.az turizm portalının məlumatına görə tranzit olduğu üçün ora viza lazım deyil.

Aviabilet: 27 noyabr-11 dekabr 606 AZN – airarabia.com

Meşədə otel: 28 noyabr-4 dekabr 142 AZN – https://goo.gl/Z2TNuA

Okean sahilində otel: 4-10 dekabr 96 AZN – https://goo.gl/AcYjce

Viza: Şri Lanka vizasını elə Colombo aeroportunda 40 dollara (68 AZN) əldə edə bilərsiniz.

Şri Lankada keçirəcəyiniz bu iki həftə sizi qarşıdakı üç ay üçün yaxşı motivasiya, pozitiv enerji ilə yükləyəcək. Ümumiyyətlə isə üç dəfə Avropaya gedəndə bir dəfə də Asiyaya getmək lazımdır Düzdür, mən hələ ki Asiyada olmamışam, amma ilk imkanda getməyi düşünürəm. Aviabilet baha olsa da, gecələmək və qidalanmaq ucuzdur. /azikiss.me/

OXŞAR XƏBƏRLƏR