Asiyanın New Yorku sayılan Malaziyanın Kuala Lumpur şəhərinə səyahət

Asiyanın New Yorku sayılan Malaziyanın Kuala Lumpur şəhərinə səyahət
Şəxsi təcrübə 17 Noyabr 2017 10:46 1557
Asiyanın New Yorku sayılan Malaziyanın Kuala Lumpur şəhərinə səyahət

Bu dəfə səyahətimiz Asiyanın New Yorku sayılan (özümüzdən uydurduq bunu) Malaziyanın Kuala Lumpur şəhərinə idi.

Səyyah.az turizm portalı Bakı sakini Sakit Abdullanın şəxsi təcrübəsini təqdim edir..

Əvvəla onu deyim ki, Hindiçin ölkələrində gəzmiş olanlar üçün KL elə ilk baxışdan fantastik dərəcədə texnologiya ilə idarə olunan şəhər görüntüsünü verir. Məsələn Thailanda Plastation1 desək Malaziya PS4 olar. Vietnam SEGAdan yuxarı qalxmaz.
Hava limanından (öncəki paylaşımda gördüyünüz içərisində meşə olan) şəhər mərkəzinə 65 km məsafə var. KLIA express qatarı ilə bu məsafəni 28 dəqiqəyə və 55 MYR (Malaziya Ringiti – 4.1 Ringit = 1 USD) ilə qət edə bilərsiniz. Qatar heç bir yerdə dayanmır birbaşa KL mərkəzə gedir. Lakin bir Azərbaycanlı olaraq bu məsafəni necə daha ucuza gedərik deyə baş sındırdıqdan sonra eyni yolu təxminən 50% ucuza getməyin yolunu tapdıq. DİQQƏT. KLIA expresslə yanaşı KL mərkəzə gedən KLIA transit qatarı da var, lakin bu qatar KL mərkəzə kimi 5 dayanacaqda dayanır. Hər ikisinin hava limanı-KL mərkəz qiyməti 55 MYRdir. Əmma və lakin, əgər transitlə bu 5 dayanacaqdan birinə bilet alıb o dayanacaqda düşüb sonra həmin dayanacaqdan KL mərkəzə bilet alsanız bu söhbəti 23 MYR ilə bağlaya bilrsiniz. Arada sadəcə növbəti qatarı gözləməklə 25 dəqiqə vaxt itirəcəksiniz.
 Malaziya yerli malaylar, hindistan əsilli tamillər və çinlilərdən olmaqla 3 böyük etnik qrupa ev sahibliyi edir. Elə bu səbəbdən dolayı şəhərin müxtəlif hissələrində bir-birindən fərqli mədəniyyət, mətbəx və ibadətgahlar görə bilərsiniz.

Картинки по запросу kuala lumpur

Şəhərin hər yanında hündürmərtəbəli binalar var və hətta məşhur Petronas Twin Towersdən qat-qat maraqlı və gözəl binalar. Qonaq olduğumuz dostumuz 40 mərtəbəli binada yaşayırdı və 7-ci mərtəbəsində park var idi. Bəli böyük palma ağacları olan 2 hovuz olan park. Biz bunun şokundan ayılmamış 39-cu mərtəbədə SKY GARDEN görüb inkişafın nə olduğunun canlı şahidi olduq. Şəhərdə 7/24 yemək tapa bilərsiniz. Malaziya mətbəxində hind mətbəxinin təsiri açıq-aydın hiss olunur. Xüsusilə ədviyyatlarında. Addımbaşı “I am certified future teller” deyən hindistanlılarla qarşılaşsanız pulunuzu boşuna xərcləməyin. Növbəti Asiya gəzintisində görüşənədək.

Картинки по запросу kuala lumpur

Paylaşdı: Sakit Abdulla

OXŞAR XƏBƏRLƏR