Londonda olsanız bu muzeyi görmədən getməyin

Londonda olsanız bu muzeyi görmədən getməyin
Şəxsi təcrübə 17 Noyabr 2017 10:57 755
Londonda olsanız bu muzeyi görmədən getməyin

Əgər Londona gəlirsinizsə, Londonun ən maraqlı muzeylərindən biri olan Royal Air Force muzeyini gormədən getməyin.

Muzey şəhər mərkəzindən bir az kənarda yerləşir. Çünki keçmiş Hendon aerodromunun ərazisində tikilib. Hendon aerodromu isə Britaniya aviasiyası tarixində çox önəmli rola malikdir. Məhz bu aerodrom həm birinci, həm ikinci dunya muharibələri zamanı RAF-ın əsas təlim mərkəzlərindən biri olub. Məhz buna gorə də Hendon aerodromunun keçmiş inzibati binası indi Birinci Dunya Muharibısi haqqında sərgiyə ev sahibliyi edir.

Muzeyə şəhər mərkezindən təxminən 40 dəqiqəyə metrodan istifadə edərək Colindale stansiyasına gələrək gedə bilərsiniz. Colindale stansiyasından muzeyə təxminən 600 m məsafə var. Stansiyadan çıxandan sonra nişanlar özləri sizi aparacaq. Muzeyə giriş pulsuzdur. Muzey ərazisində olan bəzi attraksionlardan istifadə isə pulludur. Muzeyin daxilində RAF-in tarixi ilə tanış ola biləcəyiniz 4D teatr da var. Bundan əlavə isə muzey dukanından xatirə uçun nəsə ala da bilərsiniz. 

Фото Gəzəyənlər.

Paylaşdı: Ismayil Nur

OXŞAR XƏBƏRLƏR