2018-ci ildə ən tez yaşamaq icazəsi verən ölkələr – QAYDALAR

2018-ci ildə ən tez yaşamaq icazəsi verən ölkələr – QAYDALAR
Xaricdə iş və miqrasiya 17 Noyabr 2017 11:19 2723
2018-ci ildə ən tez yaşamaq icazəsi verən ölkələr – QAYDALAR

Bir çoxları üçün xarici ölkələrdə yaşamaq icazəsi almaq əlçatmaz bir arzu ola bilər. Lakin bu heç də belə deyil.

Bu məqalədə asanlıqla yaşamaq icazəsi verən ölkələrin tələb etdiyi qaydaları təqdim edirik. 

Səyyah.az turizm və miqrasiya portalı xəbər verir ki, MYİ( müvəqqəti yaşamaq icazəsi) ölkədə vətəndaşlıq olmadan yaşmaq icazəsi verən sənəddir. Bir çox ölkələr bu sənədi aşağıdakı qaydalar əsasında verir.

Biznes açmaqla

Kredit almaqla

Bankda hesab açmaqla

Təhsil almaqla

 

Çexiya

Bu ölkədə daşınmaz əmlakı olan şəxslər Çex Respublikasında vizası olmadan yaşaya bilərlər. Ev üçün hər hansı minimal bir məbləğ müəyyən edilməyib. Hətta şəhər kənarında balaca 1 otaqlı ev almaqla da müvəqqəti yaşamaq icazəsi əldə etmək olar. Daşınmaz əmlak aldıqdan sonra mülk sahibinə multiviza verilir. 5 il yaşadıqdan sonra həmin şəxsə daim yaşamaq icazəsi verilir

Andorra

Bu ölkəyə sərmayə yatıran istənilən şəxs müvəqqəti yaşamaq icazəsi ala bilər. Lakin investisiyanın həcmi 400 min avrodan yuxarı olmalıdır. Bu ölkədə investisiya yatırmağın mənfi tərəfi isə odur ki, bu zaman həmin şəxs Andorrada işləyə bilməz. Bundan başqa daimi yaşamaq icazəsi almaq üçün isə həmin şəxsə 20 il lazım olacaq.

Macarıstan

Bu ölkədə vətəndaşlıq almaq üçün 3 ay tələb oluna bilər. Bu Avropada müvəqqəti yaşamaq icazəsi almaq üçün ən asan ölkədir. Yatırılan sərmayə 300 min avrodan az olmamalıdır.

Litva

Litvada müvəqqəti yaşamaq icazəsi almaq üçün bu ölkədə biznes açmaq və  3nəfər yerli vətəndaşı işlə təmin etmək lazımdır. Sahibkarın kapitalı isə 28 min avrodan az olmamalıdır. Sənədlərin rəsmiləşdirilməsi isə cəmi 3 ay vaxt tələb edir.

ABŞ

ABŞ-da müvəqqəti yaşamaq icazəsi almaq üçün sahibkardan tələb olunan minimal məbləğin həcmi 500 min dollardı. Bu zaman nəinki sahibkar həmçinin həmin şəxsin yaxın qohumları da ABŞ-da müvəqqəti yaşamaq icazəsi alır. Bu ölkədə biznesini açan şəxs 10 nəfri də işlə təmin etməlidir. Bundan başqa bu şəxlərə heç də vətəndaşlara aid olan qanunlar aid olmur. Belə ki müvəqqəti yaşamaq icazəsi alan investor istədiyi vaxt ölkəni tərk edə bilməz.

Mavrikiya

Mavrikiyada müvəqqəti yaşamaq icazəsini 3yolla əldə etmək olar. İnvestorlardan investisiya üçün tələb olunan məbləğ 500 min dollardı. Bu zaman nəinki müraciət edən investor həmçinin onun yaxın qohumları da müvəqqəti yaşamaq icazəsi almış olur.

/fins.az/

OXŞAR XƏBƏRLƏR