Novostroykaların satışı qaydası dəyişir - YENİ QAYDA

Novostroykaların satışı qaydası dəyişir - YENİ QAYDA
Əmlak 18 Noyabr 2017 15:34 761
Novostroykaların satışı qaydası dəyişir - YENİ QAYDA

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında Mülki Məcəlləyə dəyişikliklər müzakirəyə çıxarılıb.

Səyyah.az turizm və əmlak portalı FED.az-a istinadən xəbər verir ki, Məcəllənin bir sıra maddələrinə zəruri düzəlişlər ediləcək.

Belə ki, təklif olunan düzəlişlər ölkədə tikinti sektorunda olan bəzi mübahisəli məqamların aradan qaldırılmasına yönəlib. Belə ki, hazırda inşası başa çatmayan binalarda mənzillərin alqı-satqısı, vətəndaşların mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı, mənzillərin eyni zamanda bir neçə şəxsə satılması kimi problemlər mövcuddur. Mülkiyyətçi ilə mənzil alan arasında müqavilə notariat qaydada bağlanmalıdır. Bu qayda dünya təcrübəsində tətbiq olunur və milli qanunvericilikdə də əksini tapmalıdır.

Təqdim olunan qanun layihəsi daşınmaz əmlaka sərəncam verilməsi və onun dövlət reyestrinin aparılması sahəsində fəaliyyətin təkmilləşdirilməsi, tikintisi başa çatmayan binalarda mənzillərin alqı-satqısı prosesinin tənzimlənməsi məqsədilə hazırlanıb. Tikintisi başa çatmayan çoxmənzilli binalarda mənzillərə sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməli və daşınmaz əmlakın dövlət reyestrində təminat qeydi aparılmalıdır.

Təminat qeydinin aparılmasının xüsusiyyətləri Mülki Məcəllənin 147-ci maddəsi ilə müəyyən olunur. Burada nəzərdə tutulan “qabaqcadan qeydiyyat” institutu təkmilləşdirilərək “torpaq sahəsi barədə təminat qeydi” institutu olaraq formalaşdırılıb. Mənzillərin satışı zamanı mülkiyyətçi torpaq sahəsi barədə alıcının xeyrinə təminat qeydini notarius və daşınmaz əmlakın dövlət reyestri vasitəsilə aparacaq. Bu qeyd şəffaf şəkildə, elektron qaydada, mülkiyyətçinin reyestrə birbaşa müraciəti olmadan həyata keçirilir. Bildirilib ki, layihənin bir üstünlüyü də  tikintisi başa çatmayan binadan mənzil alan alıcının üzərinə mənzilin alış qiymətini tikinti başa çatmazdan əvvəl tam şəkildə ödəmək öhdəliyinin qoyula bilməməsi ilə bağlıdır. Bu zaman ödəmələr tikintinin mərhələləri üzrə hissələrlə həyata keçirilməlidir.

Müzakirələrdən sonra layihə plenar iclasa tövsiyə olunub.

OXŞAR XƏBƏRLƏR