AZAL stüardessa axtarir - ELAN

AZAL stüardessa axtarir - ELAN
Təhsil və karyera 21 Noyabr 2017 09:12 2960
AZAL stüardessa axtarir - ELAN

"Azərbaycan Hava Yolları" QSC xanımlar arasında təyyarə bələdçisi vəzifəsinə sənəd qəbulu elan edir. Sənəd qəbulu noyabrın 22-dən dekabrın 22-dək saat 10.00-dan 12.00-a kimi aparılacaq.

Səyyah.az turizm və karyera portalı xəbər verir ki, "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən FED.az-a verilən məlumata görə, namizədlər müsabiqə yolu ilə seçiləcəklər.
Müsabiqədə yalnız  18 yaşından 30 yaşınadək, boyu 165 sm-dən az və 180 sm-dən çox olmayan; azərbaycan, rus, inglis və ya digər xarici dillərdə sərbəst danışmağı bacaran, xoş xarici görünüşə malik xanımlar iştirak edə bilər.

Müsabiqədə iştirak üçün aşağıdakı sənədlərin əsli və surətləri tələb olunur:
- şəxsiyyət vəsiqəsi;
- bir fotoşəkil (3х4);             
- xarici pasport;
- diplom, tibbi və xarici dil sertifikatları (əgər mövcuddursa).

Bütün sənədlər “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Personalla iş üzrə Baş İdarəsinə təqdim olunmalıdır.

Əlavə məlumat üçün “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Personalla iş üzrə Baş İdarəsinə müraciət etmək olar.

Əlaqə telefonları: 497-26-00 (daxili 24-04; 32-81; 20-74)

OXŞAR XƏBƏRLƏR