Biznes, Peşəkarlıq və Karyera inkişafı mövzularında bloq yazarı Fəxri Ağayev İş axtarmaq prosesində ən çox rast gəlinənən sualları bir yerə toplayıb. Bizdə bu yazını sizinlə paylaşmaq istəyirik.
SUAL – İndiki vaxtda ( yeni manatın qiymetinin aşağı düşmesi vaxtında ) iş tapmaq doğrudanmı çetindi?
CAVAB – Əmək bazarında daim rəqabət var. Bu rəqabət əmək bazarının bütün mərhələlərində və təcrübə pillələrində var. 20 yaşı və universitetdən yeni məzun olan bir insan öz yaşıdları olan universitet məzunları ilə rəqabətdədir. Şirkətlərin vakansiya sayı, işləmək istəyən universitet məzunları sayından daha azdır. Buna görə də, effektik seçim etmək üçün, hər şirkət, qarşısına CV ilə və daha sonra da müsahibədə çıxan gənclər arasında ən çox xüsusiyyətlər malik olanı seçirlər.
Indiki zamanda iş tapmaq DAHA DA çətinləşib. Iş tapmağın heç bir zaman rahat və yüngül olması dövrlərinin olduğunu düşünmürəm.
Ölkədəki iqtisadi vəziyyət necə olursa olsun, bazarda əməkdaşlara tələbatdan asılı olmadan, eyni səviyyədə və vəzifədə olan insanlarda bilik və bacarıqlarına görə bir addım öndə olan insan üçün hər zaman iş var.
Uzun müddətlik peşəkar təcrübəmə əsaslanaraq tam əminliklə qeyd edirəm ki, bir insanın bilik və savadı, sosyal və kommunikasiya vərdişləri olduğu müddətcə işlə əlaqədar sıxıntısı olmaz.
Konkret suala cavab olaraq bunu yaza bilərəm : bu dövrdə iş tapmaq doğrudan da çətindir, amma bu, mümkün deyil anlamına gəlmir. Bu o deməkdir ki, əmək bazarında rəqabət artıq və bir insanın iş tapa bilməsi üçün işlədiyi sahədə onunla parallel olaraq müraciət edən insanlarla müqayisədə bir addım öndə olması lazımdır.
SUAL – Bir çox işə qəbula baş vuran insanlar bacarığa baxmayaraq işə alınmır. Səbəbsə işə qəbul edənin öz tanışını işə alması olur. Belə problemlər isə həvəsi olanların ümidini qırır.
CAVAB – Birinci bunu qeyd edim ki, həvəsiniz və motivasiyanız başqaların mənfi addım və işlərinə bağlı olmamalıdır.
Doğrudur, işə götürmə sahəsində nöqsanlar var. Ancaq tam məsuliyyətlə deyirəm ki, şəxsən onlarla HR mütəxəssisləri tanıyıram : onlar ancaq və ancaq peşəkar meyyarları nəzərə alaraq insanları işə götürürlər.
Buna əlavə olaraq yüzlərlə və minlərlə insan şəxsən tanıyıram ki, ancaq və ancaq öz bilik və bacarıqları sayəsində karyera qurublar.
Belə və buna bənzər problemlər heç bir zaman insanı ruhdan salmamalıdır. Istər peşəkar, istərsə şəxsi həyatımızda qarşımıza müxtəlif maneələr çıxa bilər və çıxacaq. Biz bu maneələrə baxmayaraq öz məqsədlərimizə doğru yolumuzu davam etməliyik.
Digər vurğulamaq istədiyim vacib məsələ : özünüzü diqqətlə analiz edin, peşəkar xüsusiyyətlərinizi, sosyal vərdişlərinizi, özünüz haqqınızda verdiyiniz məlumatların dolğun olub olmamasını. Çox bacarıqlı və bilikli insanlar tanıyıram ki, iş tapmaqda onların yeganə maneəsi şəxsən özləridir.
Özünüzə bir neçə sual verin :
İndiyə qədər iş tapa bilməyən görüşdüyüm insanların böyük hissəsində iş tapmamaq səbəbi bu insanların özlərində olub : ya tez təslim olublar və ruhdan düşüblər, ya da ki, axtardıqları işlər üçün kifayət qədər hazır olmayıblar.
SUAL – Ətrafımda tanıdığım və gördüyüm çox savadlı və təcrübəli insanlar iş tapa bilmirlər. Bunun səbəbi Sizcə nədir?
CAVAB – Görüşdüyüm, ünsiyyətdə olduğu insanlardan sıx-sıx eşitdiyim şikayət, savadlı və təcrübəli insanın iş tapmamasıdır.
İlk öncə onu qeyd edim ki, “savadlı və təcrübəli insan” anlayışı çox nisbidir. Dəfələrlə mənə “savadlıdır” kimi təqdim edilən insanlarla 5 dəqiqəlik görüş nəticəsində anlamışam, “savad” sözünü deyəndə bu insanın universitetdə oxuduğunu demək istəyirlərmiş. Bir neçə sualdan sonra isə anlaşılır ki, bu insan 4 il ərzində universitetə gedib gəlib, dərslərsə oturub, imtahanları “bir təhər” verib, və diplom alıb. Bu, savad DEYİL. Bu, diplomlu savadsızlıqdır.
Təcrübə məsələsinə gəlincə. Bu da olduqca nisbi anlayışdır. Bir insanın iş yerində illərlə mövcud olması və avtomat şəklində eyni işləri etməsi təcrübə anlamına gəlmir. Bu haqda çox yazmışam və buna görə də təfərrüata girmək istəmirəm.
İş axtaran insanların bir neçə əsas məqamə diqqətə alması lazımdır :
Bunun səbəbi isə çox sadədir : istənilən şirkətin məqsədi, əlində olan bütün resurslardan maksimum effektiv istifadə edərək, gəlirləri artırıb xərcləri azaldaraq, eyni zaman ərzində maksimum işlər icra edərək stabil şəkildə mənfəət əldə etməkdir. Bu da, şirkətdə işləyən hər insanın effektivliyi ilə mümkündür. Bunun üçün də şirkətlər insan seçiminə qarşı diqqətli yanaşırlar.
Firmanın qarşısında həm universitetdə oxumuş, həm bu illərini səmərəli keçirərək bir çox sosyal layihələrdə iştirak etmiş, özünü inkişaf etdirmiş, müxtəlif seminar və konfranslarda olmuş, danışıq və nitqi yaxşı olan bir gənc olsa, təbii ki, tərcih bu insanın lehində olacaq.
Bir əsas məqamı daha qeyd edim : AZƏRBAYCANDA İNDİ DƏ İŞ VAR. Şəxsən mən konsultasiya verdiyim və partnyorum olan bir neçə şirkətə rəhbər və orta idarəçilər axtarıram. Işləmək istəyən çoxdur, amma işin haqqını verə biləcək insanlar azdır.
Çıxış yolu?