Karavanla Avropa səyahəti

Karavanla Avropa səyahəti
Şəxsi təcrübə 22 Noyabr 2017 10:34 977
Karavanla Avropa səyahəti

Yol açıqdır, gedin, gəzin, görün, öyrənin…

img 6825 - Karavanla Avropa səyahəti

 

Sevgilimlə 30 gündə, 7500 km yol getdik. Xəritədə işarələdiyim yerləri şəkildəki mini karavana çevirdiyim “Doblo”mla gəzdik. Bu səyahəti şox sevdim…

 

img 6821 - Karavanla Avropa səyahəti

 

Əvvəlcə maşınımı satıb “Doblo” aldım. Sonra atam və anamın dəstəyi ilə “Doblo”nu karavana çevirdim. Atam içinə açılıb-bağlanan yataq düzəltdi, anam isə pəncərələrinə pərdə tikdi. Heç 60 lirə xərcləmədilər. Ancaq böyük işlər gördülər.

img 6824 - Karavanla Avropa səyahəti

Dənizkənarı yerlərdə maşının qapısı açıq yatmağımıza rəğmən, heç bir problem yaşamadıq. Sizə tövsiyəm,  belə etməyin. Mümkün qədər qapını örtməyə çalışın. Bu arada, maşının şüşələrinə lent çəkdirmişdik. Bununla bağlı da heç bir sıxıntı yaşamadıq.

img 6827 - Karavanla Avropa səyahəti

Bir sözlə, ruqzak daşımadıq, kilometlərlə piyada yol getmədik, paltarlarımız qırışmadı, yeməyimizi istədiyimiz zaman, istədiyimiz yerdə yedik. Ürəyimizin istədiyi yerdə yatıb, dincəldik. Özümüzlə yemək bişirmək üçün qaz balonu, çörək, qurudulmuş əriştə, hətta kolbasa da götürmüşdük. Yemək məsələsində sıxıntıyaşamadıq. Piknik üçün uyğun yerlərdə, açıq havada yedik yeməyimizi. Şərab ucuz olduğundan hər yeməkdə süfrəmizdən əksik olmurdu. Rakı qədəhlərimizi də unutmamışdıq əlbəttə… (xüsusən də Yunanıstan səfərində ;-)) Duş almaq üçün kampinqlərdən istifadə etdik, amma qalmaq üçün ödəniş etmədik.

img 6831 - Karavanla Avropa səyahəti

Nə qədər xərcimiz çıxdığına gəlincə, 2100 lirə yanacağa, 530 lirə ödənişli yollara, 250 lirə avtoparka, 273 lirə gömrük sığortasına, 200 lirə pul cəzasına ödədik. Cəmi 3350 lirə (təxminən 1550 manat)xərcimiz çıxdı. İki nəfər olduğumuz üçün bir nəfərə 1675 lirə (850 manat) düşdü. Bundan əlavə olan məsrəflərimizi hesaba qatmadıq.

img 6833 - Karavanla Avropa səyahəti

Uzağa yox, elə Avropanın digər yerlərini də bu cür səyahət etməyi planlayırıq. “Səyahətdən sonra sataram” dediyim, “Doblo”mu işə gedib-gələrkən də sürürəm  Yol açıqdır, yola çıxın, hər birinizə xoş səyahətlər…

img 6832 - Karavanla Avropa səyahəti

Tuğba Dağlı- Halil Tozoğlu

OXŞAR XƏBƏRLƏR