Qan qrupları haqqında maraqlı - Faktlar

Qan qrupları haqqında maraqlı - Faktlar
Sağlıq 24 Noyabr 2017 09:56 1323
Qan qrupları haqqında maraqlı - Faktlar

Dörd qrup qan var və onlara əsasən insan orqanizmi haqqında çox maraqlı məlumatlar öyrənmək olar.
Səyyah.az turizm və sağlıq portalı FED.az-a istinadən xəbər verir ki, bu məlumatlar orqanizmimizi daha yaxından tanımağa kömək edir.

Faydalı məhsullar
1-ci qan qrupu: Ət, balıq və tərəvəz. Süd məhsulları, emal edilmiş qidalardan imtina edin.
2-ci qan qrupu: Vegetarian yeməklər, balıq, toyuq və yoqurt. Paxlalı, kəskin məhsullar və qəhvədən uzaq olun.
3-cü qan qrupu: Süd məhsulları, mal əti, balıq, tərəvəz və çay. Alkoqollu içkilərdən və konserv məhsullarından istifadə etməyin.
4-cü qan qrupu: Təzə, ekoloji cəhətdən təmiz məhsullar. Enerjinizi tükədən qızardılmış yeməkdən imtina edin.

Şəxsiyyət tipi
1-ci qan qrupu: Praktik, inadlı, diqqətli, həssas.
2-ci qan qrupu: Rəhmli, mütəşəkkil, təsiredici, lider.
3-cü qan qrupu: Meditativ, çevik, mehriban, nəticəyə köklənən.
4-cü qan qrupu: Ağıllı, sakit, güclü, liberal.

Stress reaksiyası
1-ci qan qrupu: Alovlu qəzəb genetik ötürülür. Vizual mənzərələr və xoş bir şeyin görüntüsü sakinləşməyə kömək edir.
2-ci qan qrupu: Yüksək həssaslıq, stressdən çıxmaq üçün çox vaxt tələb olunur. Çoxlu içki sakitləşməyə kömək edəcək.
3-cü qan qrupu: Əsasən sakit, lakin bəzən emosiyalara nəzarət etmək mümkün olmur və siz özünüzdən çıxırsınız. Asta-asta nəfəs almaq daxili harmoniyaya qayıtmağa kömək edəcək.
4-cü qan qrupu: Stressin öhdəsindən çox yaxşı gəlirsiniz, tarazlığınızı pozmaq olduqca çətindir. Fəallıq və fiziki yükləmələr gərginliyi aradan qaldırmağa kömək edir.

Kökəlmə səbəbləri
1-ci qan qrupu: Qeyri-müntəzəm qidalanma artıq piylənməyə gətirib çıxarır.
2-ci qan qrupu: Ət və şirniyyat məhsulları bədəndə yağ toplanmasına səbəb olur.
3-cü qan qrupu: Çörək və qızardılmış yeməyi pis həzm edir.
4-cü qan qrupu: Hərəkətsizlik.

Rezus faktoru
Əhəmiyyətinə görə qan qrupunun rezus faktoru (RH) müsbət və ya mənfi ola bilər.
Müsbət rezus faktorunda D-antigen var, mənfidə isə yoxdur.
Əgər ananın qanı mənfi, atanın müsbətdirsə, onda müəyyən fəsadlar törədən təhlükəli rezus yaranır.
Hemolitik xəstəlik - eritrositlərin dağılması;
Dölün eritroblastozisi - fetusda inkişaf etməmiş eritrositlərin istehsalı.
Düzgün müalicə və müəyyən profilaktik tədbirlər hamiləliyi qorumağa kömək edir. Qadın hamiləliyin 28-ci həftəsində və uşağın doğumundan sonra 72 saat ərzində anti-cisimlərin inkişafının və onların uşağa keçməsinin qarşısını almaq üçün qan plazması inyeksiyanı etmək lazımdır.

Qan qrupları üzrə uyğunluq
1-ci qrup 1-cidən qan qəbul edə bilər, lakin hamı üçün universal donordur.
2-ci qan qrupu 2-ci və 1-ci qrupdan qan ala bilər, 2-ci və 4-cü qrup üçün donor ola bilər.
3-cü qrup 3-cü və 1-ci qrupdan qan qəbul edir, habelə 3-cü və 4-cü qrup üçün donor ola bilər.
4-cü qan qrupu digər bütün qan qruplarından qan alır, ancaq öz qrupundan olana donor ola bilər.

Plazma üzrə uyğunluq
4-cü qrup plazmanı yalnız 4-cü qrupdan ala bilər və istənilən qan qrupu üçün də universal plazma donorudur.
2-ci qan qrupu 2-ci və 4-cüdən ala bilər, amma yalnız 2 və 1 üçün donor ola bilər.
3-cü qrup 3-cü və 4-cüdən ala, 3-cü və 1-ci qan qrupu üçün donor ola bilər.
1-ci qrup da universaldır, bütün qruplardan qəbul edə bilir, amma plazmanı yalnız 1-ci qrupa verə bilər.
/publika/

OXŞAR XƏBƏRLƏR