ANS-in aparıcısı Almaniyaya mühacirətə getdi - “Mənən intihar etdim”

ANS-in aparıcısı Almaniyaya mühacirətə getdi - “Mənən intihar etdim”
Xaricdə iş və miqrasiya 24 Noyabr 2017 10:20 1184
ANS-in aparıcısı Almaniyaya mühacirətə getdi - “Mənən intihar etdim”

Bir müddət əvvəl bağlanan ANS TV-nin aparıcısı Tünzalə Rafiqqızı Azərbaycanı birdəfəlik tərk edib. Jurnalist Almaniyadan siyasi sığınacaq istəyib. 

Səyyah.az turizm və miqrasiya portalının xəbərinə görə bu barədə T. Rafiqqızının özü sosial şəbəkədə məlumat yayıb. O, qızının səhhətində yaranan problemə görə ölkədən getdiyini bildirib:

“Son dövrdə baş verən proseslər və sonda qızım Zəhranın səhhətində yaşanan ciddi problemlər məni Almaniyaya gətirib bu hökumətdən sığınacaq istəməyə vadar etdi.

Doğma torpaqdan, yurd-yuvadan ayrılmaq çətin olsa da, buna məcbur idim. Atamın məzarından torpaq götürüb ölkəni birdəfəlik tərk etdim! Men 40 illik həyatimi, 22 illik karyeramı sıfırladım! Mənən intihar etdim”.

 

OXŞAR XƏBƏRLƏR