Bakıda və xaricdəki mənzillər endirimlə satılacaq – CƏMİ 3 GÜN

Bakıda və xaricdəki mənzillər endirimlə satılacaq – CƏMİ 3 GÜN
Əmlak 24 Noyabr 2017 11:12 1223
Bakıda və xaricdəki mənzillər endirimlə satılacaq – CƏMİ 3 GÜN

Noyabrın 28-30-da Bakıda keçiriləcək «RecExpo» Beynəlxalq Daşınmaz Əmlak sərgisin əmlakların endirimli qiymətlərlə satışı da gözlənilir.

Səyyah.az turizm və əmlak portalı xəbər verir ki, sərginin təşkilatçısı olan Əmlak Məsələləri Dövlət Komitəsindən FED.az-a verilən məlumata görə, sərginin iştirakçıları Azərbaycanda və xaricdəki tikinti layihələrindən endirimlə əmlak ala biləcəklər.

Belə ki, sərgiyə gələn müştərilərə 
 
“DREAMLAND” şirkəti 
nağd ödənişlərdə 25% endirim edəcək.
 
“EMS”- 20% şirkəti 
endirim və 55 min ABŞ dollarından başlayan qiymətlər təklif edəcək.
 
“TEYMUROGLU” şirkəti 
Yeni İlə qədər 20% endirim və bütün mənzil alanlara ilk ödəmədən sonra faizsiz 36 ay kreditlə mənzil təklif edəcək.
 
“WORD ERSAN GAYRIMENKU” şirkəti
Türkiədə həyata keçirdiyi bütün layihələr üzrə müştərilərə 5% endirim vəd edir.
 
“ALANYA PROPERTIES” şirkəti
Türkiyənin Alanya bölgəsində mənzil almaq istəyənlərə 3% endirim edəcək.
 
“Cahan inşaat” şirkəti
Buradan mənzilləri 1 illik kredit yolu ilə alanlara, sərgiyə özəl olaraq 15% endirim edəcək.
 
«AS Grup-RENESSANS PLACE» şirkəti isə 
Sərgi dövründə 4 otaqlı mənzil alana qaraj hədiyyə etmək niyyətindədir.
 
“BEST CONSTRUCTION-Boulvard Residence” şirkəti 
Sərgi müştəriləri üçün 24 ay faizsiz kredit və 25 il 8%-li ipoteka ilə mənzil satışa çıxarır.
 
“ERBATU” şirkəti 
Şimali Kiprdə Erbatu-dan bütün layihələrə 10% endirimlə mənzil satışa çıxarır.
 
Bundan başqa, sərgidə lotereya keçiriləcək və lotereyanın qalibi yerli tikinti şirkətinin Bakıda inşa edilən binalarında mənzili 20% endirimlə alacaq.
 
Sərgi 28-30 noyabr tarixlərində Baku Ekspo Mərkəzində keçiriləcək.

OXŞAR XƏBƏRLƏR