Bakı klinikalarında «Chek-up» neçəyədir? - QİYMƏTLƏR

Bakı klinikalarında «Chek-up» neçəyədir? - QİYMƏTLƏR
Sağlıq 24 Noyabr 2017 19:09 17422
Bakı klinikalarında «Chek-up» neçəyədir? - QİYMƏTLƏR

Hazırda sağlamlığı qorumaq və nəzarətdə saxlamaq üçün yeganə sınanmış üsul vaxtaşırı tibbi müayinələrdən keçmək və həkim nəzarətində olmaqdır. Səhiyyəsi inkişaf etmiş xarici ölkələrin təcrübəsi göstərir ki, mütəmadi olaraq aparılan müayinələr - "Chek-up"lar vasitəsilə insanlardakı sağlamlıq problemləri vaxtında aşkar olunur. Bu da xəstəliklərin uğurla müalicəsi və insanın həyatının xilas edilməsi üçün ən yaxşı üsuldur.

 

"Chek-up" nədir?

Bədənin bütünlüklə tibbi müayinədən keçirilməsi - "Chek-up" Ümumdünya Səhiyyə Təşkilatının hazırladığı diaqnostika proqramıdır. Bu xüsusi müayinələr silsiləsi paketidir və iki formada həyata keçirilir - ümumi və fərdi. "Chek-up" əsasən, kardioloji, uroloji, şəkərli diabet, qastroenteroloji, hamilə qadınlar üçün, uşaqlar üçün və ginekoloji olur. “Chek-up" proqramına həm analizlər, həm USM müayinələri daxildir. Eyni zamanda bu müayinə növünə konsultasiyalar da daxil edilir. Terapevt, ginekoloq, uroloq, nevroloq, kardioloq, oftalmoloq, mammoloq məsləhəti, qan, sidik analizləri, döş qəfəsinin rentgeni, qadın boşluğunun USM müayinəsi də istəyə görə chek-up paketinə daxil edilə bilər.

 

"Chek-up" hansı məqsədlə aparılır?

Qeyd edək ki, adətən "chek-up" daxilində konkret olaraq analiz və müayinələrin sayı müəyyənləşdirilmir. Ginekoloji, uroloji, kardioloji, androloji, diabetik, nevroloji, pediatrik adlandırılan bir çox chek-up müayinə növü var. Seçim pasiyentin öz istəyi ilə bağlıdır, analiz və müayinələrin sayının artması təbii ki, qiymətə də öz təsirini göstərir. Klinkalarda sadə, ümumi, evliliyə hazırlıq, klimaks dövrü chek-up də müayinələr olur.

 

"Chek-up" qiymətləri

Səyyah.az saytı müxtəlif klinikalarda “terapevtik” adlandırılan “chek up” müayinələrin təqribi qiymətini öyrənməyə çalışdı. Həkim terapevtin muayinəsi,  EKQ, hemoqram + EÇS, qanda laxtalanma müddəti, kreatinin, amilaza alfa, qlükoza, xolesterin miqdarı, ALT, AST, sidiyin ümumi analizi, Hepatit B, C, qarın boşluğunun USM müayinəsinin daxil olduğu bu paket fərqli qiymətlərlə təklif edilir.

 

Grand Hospitalda

həkim terapevtin muayinəsi,  EKQ, hemoqram + EÇS, döş qəfəsinin rentgeni, qanda laxtalanma müddəti, kreatinin, amilaza alfa, qlükoza, xolesterin miqdarı, ALT, AST, sidiyin ümumi analizi, Hepatit B, C, qarın boşluğunun USM müayinəsinin daxil olduğu  paket 98 AZN-ə təklif edilir.

 

Mediland Hospitalda

pediatrik standart check-up paketi pediatr müayinəsi, qanın ümumi analizi, sidik analizi, nəcis analizi 35 AZN, standart check-up paketi terapevtin müayinəsi, on arxa döş qəfəsi R-qrafiyası, qanın ümumi analizi, qalxanvari vəzin UZİ-si, , blirubin, Hepatitlər, kreatinin təyini, sidiyin ümumi analizi, EKQ, tam abdomen USM (qarın boşluğu) 221 AZN-dir. 40 yaşadək olan insanlar üçün hazırlanmlış chek-up paket də var ki, bu paketin qiyməti 132 AZN-dir.

 

Modern Hospitalda

prostat vəzi check up paketi  45 AZN-ə təklif edilir. Paketə həkim müayinəsi qanda PSA total təyini, prostat vəzi transrektal USM, sidiyin ümumi analizidaxildir. Qastroenteroloji  check up paketiə həkim müayinəsi, qanın ümumi analizi,  GGT,  QF (ALP), AlaT,  AsaT,  Mədə- on iki barmaq bağırsağın rentgeni, abdomen 1 (qarın boşluğu) USM daxildir, 49 AZN-dir. Həkim terapevtin müayinəsi,  EKQ, hemoqram + EÇS, qanda laxtalanma müddəti, kreatinin, amilaza alfa, qlükoza, xolesterin miqdarı, ALT, AST, sidiyin ümumi analizi, biokimyəvi,hormonal,Hepatit B, C analizlərinin, qarın boşluğunun USM müayinəsinin də daxil olduğu bu paket 200-250 AZN aralığında fərqli qiymətlərlə təklif edilir. Hospitaldan bu qiymətin digər klinikların terapevtik check-up paketindən nisbətən baha təklif edilməsinin səbəbini analizlərin həm test, həm də İFA üsulu ilə aparılması ilə izah etdilər.

 

Sağlam Ailə Klinikasında

həkim terapevtin muayinəsi,  EKQ, qanın kliniki analizi, döş qəfəsi rentgen (skopiya), qan analizi, USM (qaraciyər) müayinənin daxil olduğu terapevtik check-up  49  AZN-ə təklif edilir. 40 yaşadək qadınların xüsusi terapevtik chek-up paketi 265 AZN-dir. Bu qiymətlərdən olduqca baha təklif edilən başqa bir check-up paketi isə 716 AZN-ə təklif edilir. Bu paketdə müayinə və analiz çeşidlərinin çoxluğu, biokimyəvi, hormonal analizlərin bir neçə üsulla təyin edilməsi qiymətin artmasına səbəb olur. Bundan başqa bu klinikada androloji check-up 69, diabetik 49, pediatrik 49, trioid 49, terapevtik paket 49, kardioloji 49, uroloji paket 49 AZN, pediatrik check-up 60 AZN-dir.

 

Family Medical Center

həkim terapevtin muayinəsi,  EKQ, hemoqram + EÇS, qanda laxtalanma müddəti, kreatinin, amilaza alfa, qlükoza, xolesterin miqdarı, ALT, AST, sidiyin ümumi analizi, Hepatit B, C, qarın boşluğunun USM müayinəsinin daxil olduğu check-up paket 125 AZN-ə təklif edilir.

 

Vital Klinika

həkim terapevtin muayinəsi,  EKQ, hemoqram + EÇS, qanda laxtalanma müddəti, kreatinin, amilaza alfa, qlükoza, xolesterin miqdarı, ALT, AST, sidiyin ümumi analizi, Hepatit B, C, qarın boşluğunun USM müayinəsi check-up paket halında 79 AZN-ə təklif edilir. Kardioloji profilaktik check-up proqramına həkim kardioloqun müayinəsi, EKG, EXO-KG  daxildir və 30 AZN-ə təklif edilir.

 

Diaqnoz Tibb Mərkəzi

həkim terapevtin muayinəsi, göz müayinəsi, qanın ümumi analizi(leykoformula ilə), LOR müayinəsi, aclıq qan şəkəri(Qlükoza), ümumi xolesterin, triqliserid, ASAT(SGOT),  ALAT(SGPT),  USM-tam qarın boşluğu, sidiyin ümumi analizi, EKQ müayinələrin daxil olduğu sadə check-up paketi 100 AZN-ə təklif edilir. Kardioloji check-up 85, pediatrik check-up 110 AZN, diabetik check-up 90, yeni evlənənlər üçün check-up paket 75(qadın) - 90(kişi) AZN-dir.

 

Ankara Medical Center

həkim terapevtin muayinəsi,  EKQ, hemoqram + EÇS, qanda laxtalanma müddəti, kreatinin, amilaza alfa, qlükoza, xolesterin miqdarı, ALT, AST, sidiyin ümumi analizi, Hepatit B, C, qarın boşluğunun USM müayinəsinin daxil olduğu bu paket 51 AZN-ə təklif edilir. Qeyd edək ki, bu qiymət noyabr ayının sonunadək keçərlidir.

 

Xəzər Klinikası

həkim terapevtin muayinəsi,  EKQ, qanda laxtalanma, qlükoza, sidiyin ümumi analizi, qarın boşluğunun USM müayinəsinin daxil olduğu paket 58 AZN-ə təklif edilir.

 

Mərkəzi Klinika

sonsuzluq check-up 39, kardioloji 59, pediatrik 49, diabetik  chek up isə 100 AZN-dir. Minimum imkanları olan sadə terapevtik paketə 5 analiz və terapevt müayinəsi daxildir və 55 AZN-ə təklif edilir.   40-yaşdan aşağı qadınlar üçün terapevtik check-up paketinə daxil olan həkim terapevtin muayinəsi,  EKQ, hemoqram + EÇS, qanda laxtalanma, qlükoza, xolesterin miqdarı, ALT, AST, sidiyin ümumi analizi, qarın boşluğunun USM müayinəsi 165 AZN təşkil edir. 424 manat olan check-up paketinə oftolmoloq, ginekoloq, stomotoloq, uroloq və başqa həkimlərin müayinəsi, bütün analizlər daxildir.

 

Nəsirəddin Tusi Klinikası

40 yaşdan sonra qadıblar üçün edilən check-up paketə həkim terapevtin muayinəsi,  EKQ, hemoqram + EÇS, qanda laxtalanma müddəti, kreatinin, amilaza alfa, qlükoza, xolesterin miqdarı, ALT, AST, sidiyin ümumi analizi, Hepatit B, C, qarın boşluğunun USM müayinəsi daxildir və  209 AZN-dir. Daha geniş analiz və müayinələri əhatə edən check-up paketi də var ki, bu paketin qiyməti 677 AZN-dir.

 

Oksigen Klinikası

həkim terapevtin muayinəsi,  EKQ, qanda laxtalanma müddəti, qlükoza, xolesterin miqdarı, sidiyin ümumi analizi, qarın boşluğunun USM müayinəsinin daxil olduğu check-up paket 145 AZN AZN-ə təklif edilir

 

Funda Klinikası

həkim terapevtin muayinəsi,  EKQ, hemoqram + EÇS, qanda laxtalanma müddəti, qlükoza, xolesterin miqdarı, ALT, AST, sidiyin ümumi analizi, qarın boşluğunun USM müayinəsinin daxil olduğu check-up paket 50 AZN-ə təklif edilir.

 

Turan Klinika

həkim terapevtin muayinəsi,  EKQ, hemoqram + EÇS, qanın ümumi analizi, laxtalanma, sidiyin ümumi analizi, lor həkim və oftolmoloq müayinəsi, eləcə də qarın boşluğunun USM müayinəsinin daxil olduğu paket 99 AZN-dir.

 

Loğman Klinikası

həkim terapevtin muayinəsi,  EKQ, hemoqram + EÇS, qanda laxtalanma müddəti, kreatinin, amilaza alfa, qlükoza, xolesterin miqdarı, ALT, AST, sidiyin ümumi analizi, Hepatit B, C, qarın boşluğunun USM müayinəsinin daxil olduğu check-up paket 80 AZN-ə təklif edilir

 

Medera Hospitalda

terapevtin müayinəsi, USM - qarın boşluğu, qanın ümumi analizi, sidiyin ümumi analizi,  TSH,  EKQ, qanda şəkərin təyini, ALT, AST, bilirubin, qanda zülal müayinələrinin daxil olduğu terapevtik chek up 58 AZN-dir. Ginekoloji müayinə, USM – ginekoloji,  kolposkopiya, yaxmanın mikroskopiyası, Pap – Smear müayinələrin daxil olduğu ginekoloji check-up 74 AZN-dir.

 

Medicare Klinika

həkim terapevtin muayinəsi, EKQ, qanın ümumi analizi, ALT, AST, sidiyin ümumi analizi, qarın boşluğunun USM müayinəsinin daxil olduğu terapevtik check-up paket 27 AZN-ə təklif edilir

 

HB Güvən Klinikası

həkim terapevtin muayinəsi,  EKQ, hemoqram + EÇS, qanda laxtalanma müddəti, kreatinin, amilaza alfa, qlükoza, xolesterin miqdarı, ALT, AST, sidiyin ümumi analizi, Hepatit B, C, qarın boşluğunun USM müayinəsinin daxil olduğu pediatrik paket 80 AZN-ə təklif edilir. Klinikada diabetik check-up 46, kardioloji 72, uroloji 41, androloji 51, 25 yaşadək ginekoloji 21, 35 yaşdan yuxarı ginekoloji 40, pediatrik 66, 36 növ müayinə və analizin yer aldığı tam check-up isə 407 AZN-dir.

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR